Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Röyadan fərqli addım - bu dəfə robotla oxudu

© Sputnik / Murad Orujov25-я юбилейная Азербайджанская международная выставка Bakutel 2019
25-я юбилейная Азербайджанская международная выставка Bakutel 2019 - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti ötən il təqdim etdiyi, sözləri və musiqisi Zülfi Bədəlova məxsus "Mənə sevgindən bəhs et" mahnısını ifa edib

BAKI, 9 dekabr — Sputnik. Azərbaycanın Xalq artisti Röya Ayxan qeyri-adi addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, müğənni robotla mahnı oxuyub.

O, ötən il təqdim etdiyi, sözləri və musiqisi Zülfi Bədəlova məxsus "Mənə sevgindən bəhs et" mahnısını ifa edib. Röya bu addımı Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak edərkən atıb. İtaliyadan gətirilmiş TEOTRONICO adlı robot Xalq artistini pianoda müşayiət edib. Müğənni bu haqda öz "Instagram" profilində paylaşım edib: "Çox maraqlı bir gündən video. Robotlarla tanışlıq və onların istedadları məni heyran etdi. Həm də birlikdə ifa etdik".

Qeyd edək ki, ötən həftə Bakı Ekspo Mərkəzində "Bakutel 2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi baş tutub. Tədbirdə 23 ölkədən 238 şirkət iştirak edib.

Xəbər lenti
0