Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıda qeyri-adi tamaşanın premyerası oldu - FOTO

© © AR Ministry of Labour and Social Protection of the Population“Solğun sevgilər” tamaşası
“Solğun sevgilər” tamaşası - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun "Solğun çiçəklər" dramı əsasında hazırlanıb

BAKI, 7 dekabr — Sputnik. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində əlilliyi olan şəxslərin də cəlb edildiyi "Oyun" teatr-studiyası tərəfindən hazırlanmış "Solğun sevgilər" tamaşasının premyerası olub.

© © AR Ministry of Labour and Social Protection of the Population“Solğun sevgilər” tamaşası
Bakıda qeyri-adi tamaşanın premyerası oldu - FOTO - Sputnik Azərbaycan
“Solğun sevgilər” tamaşası

Sputnik Azərbaycan xəbər verir ki, tamaşanın premyerasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mədəniyyət naziri Əbülfəs Qarayev, ayrı-ayrı hökumət və qeyri-hökumət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri, incəsənət xadimləri iştirak ediblər.

Tamaşa görkəmli dramaturqumuz Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə onun "Solğun çiçəklər" dramı əsasında hazırlanıb.

Əksəriyyəti əlilliyi olan şəxslərdən ibarət olan yaradıcı heyətin hazırladığı tamaşa maraqla qarşılanıb.

Səidə Haqverdiyevanın quruluşçu rejissoru olduğu və İqbal Əliyevin (quruluşçu rəssam), Vüqar Camalzadənin (musiqi tərtibatı), Elnur İsmayılovun (xoreoqraf), Elçin Əliyarovun (işıq rəssamı), Ruslan Axundovun (səs rejissoru) və digərlərinin birgə əməyi ilə hazırlanan tamaşada aktyor heyəti də özünün istedadlı ifası ilə seçilib. Türkay Cəfərli (Bəhram), Elnarə Qədimova (Sara), Xəqani Əliyev (Azad), Günay Əhməd (Pəri), Aysel Əlizadə (Dəniz), Ülviyyə Əliyeva (Gülnisə), Nazlı Əliyeva (Tamam), Cavid İbrahimov (Axund Fərəculla), Səma Məmmədova (Tibb bacısı), Rəsul Məmmədli (Vəkil), Rəsul Zəkiyev (Rəsul), Taleh İsmayılov (Əbdül), Zümrüd Qasımova (Vicdan), Rüxsarə Zeynalova (Bərbər), Şamxal Xələfli (1-ci Ruh), Rafael Mustafayev (2-ci Ruh), Nəsib Şamxalov (3-cü Ruh), Rüfət Şahpələngov (4-cü ruh) yaddaqalan, maraqlı aktyor ifaları ilə tamaşanın ruhunu, əsas ideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.

© © AR Ministry of Labour and Social Protection of the Population
“Solğun sevgilər” tamaşası - Sputnik Azərbaycan
1/3
© © AR Ministry of Labour and Social Protection of the Population
“Solğun sevgilər” tamaşası - Sputnik Azərbaycan
2/3
© © AR Ministry of Labour and Social Protection of the Population
“Solğun sevgilər” tamaşası - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Əsərdə hiyləgər Gülnisə bir-birini sevən Bəhramla Saranı hiylə ilə bir-birindən ayırır və Bəhramı qızı Pəri ilə evləndirir. Həsrətə dözə bilməyən çarəsiz Sara xəstələnib yatağa düşür. Bundan sonra da Pəri Bəhramla Saranın görüşünə hər vəchlə mane olur və sonda Saranın ölümü ilə rahatlıq tapır. Bunu eşidən Bəhram bərk sarsıntı keçirərək sanki yuxudan ayılır və əsl sevgisini itirdiyini anlayır, bütün olanların səbəbkarı kimi Pərini görür, onu boğaraq öldürür. Sevimli Sarasının solan çiçəklərini də bağrına basaraq ona yas tutan Bəhram dəliyə çevrilir. Pərini səmimi məhəbbətlə sevən Azad və Saraya dərin rəğbəti olan Rəsul əsərin humanist obrazlarıdır.

Ümumilikdə tamaşa insanları sevginin saflığını, sədaqəti daim uca tutmağa çağırır.

Xəbər lenti
0