Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"YUĞ" otuzu tamamladı - FOTO

© © AR Ministry of Culture YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib
 YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
Əbülfəs Qarayev: "Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib"

BAKI, 4 dekabr — Sputnik. Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında YUĞ Dövlət Teatrının 30, teatrın banisi, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Tədbir Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, ilk olaraq qonaqlar teatrın foyesində bu sənət ocağının 30 illik fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi ilə tanış olublar. Azərbaycan Dövlət Teatr Muzeyinin hazırladığı sərgidə bu sənət ocağının yaranma və inkişaf tarixinin müxtəlif mərhələlərini əks etdirən fotoşəkillər nümayiş olunub.

© © AR Ministry of Culture
 YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib - Sputnik Azərbaycan
1/3
© © AR Ministry of Culture
 YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib - Sputnik Azərbaycan
2/3
© © AR Ministry of Culture
 YUĞ Teatrının 30, Vaqif İbrahimoğlunun 70 illiyinə həsr olunmuş tədbir keçirilib - Sputnik Azərbaycan
3/3
1/3
2/3
3/3

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev YUĞ Dövlət Teatrının tarixinə və inkişaf yoluna nəzər salıb. Bildirib ki, Vaqif İbrahimoğlu Azərbaycan incəsənətində tamamilə yeni bir mühitə malik teatr yaradıb. Bu teatr tez bir zamanda böyük tamaşaçı auditoriyasının formalaşmasına təkan verib.

Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azərpaşa Hemətov qeyd edib ki, teatrın ilk işi M.Şəhriyarın "Heydərbabaya salam" poeması əsasında hazırlanan "Salam" tamaşası olub. Kollektiv bu illər ərzində klassiklərdən M.Füzulinin, N.Gəncəvinin, Ş.İ.Xətainin, müasirlərimizdən R.Rövşənin, V.B.Odərin şeirləri, K.Abdullanın, A.Məsudun, F.Mustafanın, O.Fikrətoğlunun əsərləri əsasında müxtəlif tamaşalara quruluş verib. Tədbirdə teatrın müxtəlif tamaşalarından parçalar da nümayiş olunub.

Qeyd edək ki, "YUĞ" teatrı hazırda Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında fəaliyyət göstərir. Teatrın direktoru İslam Həsənovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, 2022-ci ildə teatr bina ilə təmin olunacaq.

Xəbər lenti
0