San-Fransiskoda uşaq dünyaya gətirməyin qiyməti 15 mindən 100 min dollara qədərdir. Hər şey xəstəxanadan və doğuş müqaviləsindən asılıdır
BAKI, 4 dekabr — Sputnik. 2014-cü ildə Azərbaycan gözəli seçilən Cavidan Qurbanova yenidən ana olub.
Sputnik Azərbaycan xəbər verir ki, model ikinci övladını da Amerikada dünyaya gətirib. Oğlu olan Cavidan bu haqda "Instagram" profilində paylaşım edərək, fikirlərini bölüşüb:
"San-Fransiskoda uşaq dünyaya gətirməyin qiyməti 15 mindən 100 min dollara qədərdir. Hər şey xəstəxanadan və doğuş müqaviləsindən asılıdır. Sığortasız doğmağı məsləhət görmürəm. Doğuşdan 3 həftə əvvəl həkimə istəklərindən ibarət plan verməlisən: doğuş zamanı otaqda hansı musiqi səslənməlidir, yanında kim olmalıdır, narkoz olsun-olmasın, təbii, yoxsa qeysəriyyə üsulu olsun, uşağa doğulan kimi süd, yoxsa süni qida veriləcək, ona əmzik verilsinmi..."
Qeyd edək ki, Cavidan Amerikada yaşayan Orxan Məmmədov adlı azərbaycanlı gənclə ailəlidir.
"KİVDF-nin timsalında qəzetlərə pul verən təşkilat təəssüratı yaransa da, yeni yaranan qurumda islahatlar paketinə maddi baxımdan qəzet və saytların iqtisadi müstəqilliyinin qazanılmasına dəstək verilməsi nəzərdə tutulub".
İlham Əliyev: "Onların ürəyində nə qədər düşmənçilik hissi olmalı idi ki, bax, bu vəhşiliyi törətsinlər. Bunu törədən Sarkisyan-Koçaryan cütlüyüdür. Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür".
Rusiya XİN: Biz Azərbaycan və Ermənistan ziyalıları arasında birbaşa dialoqun qurulmasını, həmçinin iki ölkənin birgə humanitar tədbirlərinin keçirilməsini hər şəkildə alqışlayırıq.