Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktrisa Hollivuddan dəvət alıb: "Oskar"ın sahibi ilə birgə çəkiləcək

© Facebook / Aysel YusubovaАзербайджанская актриса Айсель Юсибова
Азербайджанская актриса Айсель Юсибова - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala Xalq Teatrının aktrisası Aysel Yusibova Amerika kino şirkətlərindən və azərbaycanlı rejissorlardan gələn təklifləri dəyərləndirir

BAKI, 28 noyabr — Sputnik. Realist Azərbaycan trillerində çəkilən Aysel Yusibova gözlənilmədən Hollivud filmində oynamaq barədə təklif alıb. Ona ümumdünya şöhrətli isveçli aktrisa, "Oskar" mükafatının sahibi Alisiya Vikanderin bacısı roluna çəkilmək təklif edilib.

Bu barədə Sputnik Azərbaycan-a Zaqatala Xalq Teatrının aktrisası Aysel Yusibova özü məlumat verib.

Yusibovanın istedadını azərbaycanlı rejissor və ssenarist Rəvan Cabbarov onu "Aporia: Kiyamet deneyi" filminə çəkməklə üzə çıxarıb.

Film triller janrında çəkilib və bu janrda Azərbaycanın ən realist filmi sayılır. Onun müxtəlif ölkələrdə təqdimatı keçirilib. Bakı tamaşaçılarına isə film bu günlərdə təqdim olunub və böyük uğur qazanıb.

Yusibova filmdə baş rolu oynayıb və onun oyunu dərhal xarici rejissorların diqqətini cəlb edib. Aktrisa üçünsə bütün bunlar, özünün dediyi kimi, gözlənilməz olub.

"Əməkdaşlıq təkliflərinin bu qədər çox olacağını gözləmirdim. Mənə deyiləndə ki, Amerikanın BDAmerika kino şirkəti məni Hollivud filminə çəkməyi təklif edib, bu, mənim üçün sürpriz oldu. Hər bir aktyorun belə bir arzusu var. Hətta nə deyəcəyimi bilmirəm. Hazırda mən təklifləri dəyərləndirirəm. Hələlik dəqiq cavab verməmişəm. Heç ssenarini görməmişəm və bu filmin nə barədə olduğunu belə bilmirəm", - deyə Yusibova bildirib.

© Facebook / Aysel Yusubova "Aporia: Kiyamet deneyi" filminin çəkiliş komandası
Azərbaycanlı aktrisa Hollivuddan dəvət alıb: Oskarın sahibi ilə birgə çəkiləcək - Sputnik Azərbaycan
"Aporia: Kiyamet deneyi" filminin çəkiliş komandası

Təkcə o məlumdur ki, məşhur isveçli aktrisa Alisiya Vikanderlə zahiri oxşarlığı səbəbindən Yusibovanı filmdə onun əkiz bacısı roluna çəkmək istəyirlər. Aktrisa hələlik kino şirkətinə yekun cavabı verməyib, amma təklifi dəyərləndirmək niyyətindədir, çünki heç də hər aktrisanın üzünə şans belə gülümsəmir.

Xarici təkliflərlə yanaşı aktrisaya bir sıra Azərbaycan filmlərində də çəkilmək təklif edilib. Yusibova onlara da hələlik cavab verməyib.

© © Instagram / aliciavikanderdaily / aysell.yusubovaaİsveçli aktrisa Alisiya Vikander solda və azərbaycanlı aktrisa Aysel Yusibova sağda
Azərbaycanlı aktrisa Hollivuddan dəvət alıb: Oskarın sahibi ilə birgə çəkiləcək - Sputnik Azərbaycan
İsveçli aktrisa Alisiya Vikander solda və azərbaycanlı aktrisa Aysel Yusibova sağda

Alisiya Vikander isveçli aktrisa, rəqqasə və prodüserdir. O, "Danimarkalı qız" bioqrafik dramındakı ikinci planda ən yaxşı qadın roluna (rəssam Gerda Vegener) görə "Oskar"a və ABŞ kino aktyorları Gildiyasının mükafatına layiq görülüb.

Vikander həmçinin "Gələcəyin xatirələri", "Lalə sevdası", "Anna Karenina", "Eyforiya", "Okeandakı işıq" və digər filmlərə çəkilib. Hazırda aktrisa "Tomb Raider: Lara Kroft" filminə çəkilir.

Xəbər lenti
0