Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

ATV-nin aparıcısının canlı yayımda gözlənilməz qonağı - kuryoz hadisə

© Instagram / azertashATV-nin aparıcısı Lalə Azərtaş
ATV-nin aparıcısı Lalə Azərtaş - Sputnik Azərbaycan
Abunə olmaq
Lalə Azərtaş işinə peşəkar yanaşaraq efir zamanı öz soyuqqanlığını itirməyib. Kənarlaşmaq bilməyən həşərat isə efirə süjet gedənədək ondan əl çəkməyib

BAKI, 19 noyabr — Sputnik. ATV-nin aparıcısı Lalə Azərtaş canlı yayımda çətin vəziyyətə düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, aparıcı xəbərləri təqdim edərkən kuryoz hadisə ilə rastlaşıb. Belə ki, başına milçək qonan xəbər aparıcısı efirə gedəcək süjeti müdaxilə etmədən sonadək təqdim etmək məcburiyyətində qalıb. Kənarlaşmaq bilməyən həşərat isə efirə süjet gedənədək ondan əl çəkməyib.

Qeyd edək ki, canlı yayımlar zamanı bu cür hadisələr tez-tez baş verir. Lalə Azərtaş işinə peşəkar yanaşaraq efir zamanı öz soyuqqanlığını itirməyib.

Xatırladaq ki, Lalə Azərtaş 2001-ci ildən ATV-də işə başlayıb. 2003-cü ildə isə AzTV-də fəaliyyət göstərib. Ailə həyatı ilə bağlı bir müddət işə fasilə verdikdən sonra yenidən ATV-də efirə qayıdıb. 2015-ci ildə Prezident İlham Əliyevin imzaladığı fəxri diplomla təltif olunub. Bir çox mükafatlara layiq görülüb. "Türkiyə-Azərbaycan Kardeşlik" mükafatlarına, "Azerbaycanın en iyi haber spikeri" adına layiq görülüb.

Xəbər lenti
0