04:03 11 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0268
  • EUR1.8813
Azərbaycanlı ifaçı Emin Eminzadə

Türkiyədə Azərbaycanın ən yaxşı gənc ifaçısını seçdilər - VİDEO - FOTO

Instagram / emineminzada
MƏDƏNİYYƏT
Qısa URL
3001

Azərbaycanlı gənc ifaçı Emin Eminzadə Türkiyədəki uğurlu fəaliyyətinə görə qardaş ölkədə mükafat aldı

BAKI, 16 noyabr — Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı vokalçı, prezident təqadüçüsü Emin Eminzadə prestijli "Türkiye-Azerbaycan Kardeşlik Ödülleri" mükafatına layiq görülüb. O, "Azərbaycanın ən yaxşı gənc kişi ifaçısı" mükafatını alıb.

Азербайджанский исполнитель Эмин Эминзаде
Azərbaycanlı ifaçı Emin Eminzadə

Sputnik Azərbaycan-a açıqlamasında müğənni bildirib ki, mükafatlandırma mərasimində iştirakı özü üçün böyük şərəf hesab edib. Tədbirə Gülbən Ərgən, Tuğba Özay, Selin Ciyərçi, Gülden Mutlu, Gökhan Türkmen və digər məşhur sənətçilər qatılıblar. 

Eminzadə artıq bir neçə aydır ki, Türkiyədə yorulmadan öz layihələri üzərində çalışır. Bu günlərdə o, qardaş ölkədə məşhur "Ayrılıq" mahnısının klub versiyasına çəkdiyi klipi təqdim edib. Mahnı qısa müddətdə Türkiyədə hitə çevrilib.

Азербайджанский исполнитель Эмин Эминзаде
Azərbaycanlı ifaçı Emin Eminzadə

Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.

O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.

O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir. Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

Əsas mövzular