CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müslüm Maqomayevin xanımını təcili xəstəxanaya apardılar

© Sputnik / Sergey Pyatakov / Mediabanka keçidSSRİ xalq artisti Tamara Sinyavskaya
SSRİ xalq artisti Tamara Sinyavskaya - Sputnik Azərbaycan
Abunə olmaq
Tamara Sinyavskaya SSRİ xalq artisti, əməkdar incəsənət xadimidir. O, Rusiya "Şərəf" ordeni və IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif olunub

BAKI, 12 noyabr — Sputnik. SSRİ xalq artisti, Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskayanı təcili xəstəxanaya aparıblar.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə REN TV məlumat yayıb. 

Telekanalın məlumatına görə, opera müğənnisi kardiocərrahiyyə şöbəsində müayinə olunur. Müayinədən sonra həkimlər əməliyyat olunması, yaxud müalicə aparılması barədə rəy verəcəklər.

Tamara Sinyavskaya SSRİ xalq artisti, əməkdar incəsənət xadimidir. O, Rusiya "Şərəf" ordeni və IV dərəcəli "Vətən qarşısında xidmətlərə görə" ordeni ilə təltif olunub.

Müğənni Yevgeni Svetlanov, Gennadi Rojdestvenski, Vladimir Spivakov və Mstislav Rostropoviç kimi dirijorlarla işləyib.

Xəbər lenti
0