Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin xanımı rusiyalıları özündən çıxardı - FOTO

© Instagram / anna_netrebko_yusi_tiagoНародный артист АР Юсиф Эйвазов и народная артистка РФ Анна Нетребко
Народный артист АР Юсиф Эйвазов и народная артистка РФ Анна Нетребко - Sputnik Azərbaycan
Abunə olmaq
İzləyicilərdən birinin xəzdən imtina etmək çağırışına cavabında müğənni "yalnız təbii dəridən və xəzdən olan əşyalardan istifadə etdiyini və ət yediyini" deyib

BAKI, 10 noyabr — Sputnik. Azərbaycanın Xalq artisti Yusif Eyvazovun xanımı, Rusiyanın Xalq artisti Anna Netrebko heyvan müdafiəçilərinin qəzəbinə gəlib.

Sputnik Azərbaycan bildirir ki, A.Netrebkonun "Instagram"dakı paylaşımı qınaq obyektinə çevrilib.

Opera müğənnisi həyat yoldaşı və oğlu ilə fotosunu paylaşıb. Şəkildə Anna əllərini təbii tülkü dərisindən olan muftada gizlədib. Elə bu da bir çox izləyicilərdə qıcıq yaradıb. Onlardan birinin xəzdən imtina etmək çağırışına cavabında isə müğənni "yalnız təbii dəridən və xəzdən olan əşyalardan istifadə etdiyini və ət yediyini" deyib. Bu sözlər odun üstünə yağ töküb: heyvan müdafiəçiləri Netrebkonu qəddar adlandırıblar.

Yusif Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı və qalibidir. Onun qazandığı mükafatlar arasında Gianandrea Gavazzeni (dünya şöhrətli italyan dirijoru, pianoçusu, bəstəkarı, musiqi tənqidçisi və yazıçısı — red.) fəxri medalı da var. O, Milanın "La Skala" operasının və Monte-Karlonun "Kral" operasının kollektivləri ilə birlikdə dünya səhnələrində çıxış edir.

Anna Netrebko müasir Rusiya tarixinin ən istedadlı opera müğənnilərindən biridir. O, "Ruslan və Lyudmila", "Boris Qodunov", "Sevilya bərbəri", "Çar gəlini", "Don Juan", "Riqoletta", "Bohema" və bir sıra digər operalarda möhtəşəm ifaları ilə şöhrət qazanıb. 2002-ci ildə Mariinsk teatrının heyətinin tərkibində Metropolitan Operasının səhnəsində "Hərb və Sülh" əsərindən oxuduğu parçalar geniş rezonans doğurub və ona dünya şöhrəti qazandırıb. Bundan sonra Netrebko dünyanın bir çox ölkəsində ən müxtəlif səhnələri bölüşüb.

Anna Netrebko və Yusif Eyvazov 2015-ci ildə ailə qurublar.

Xəbər lenti
0