Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanda roka olan böyük marağı qaytarmağa cəhdlər edilir

CC0 / Clem Onojeghuo / rockМужчина с гитарой, фото из архива
Мужчина с гитарой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 14-də Bakıdakı "Albion Pub" klubunda Azərbaycan rok musiqisinə marağı geri qaytarmaq üçün yenidən rok festivalı keçiriləcək.

BAKI, 7 noyabr — Sputnik. Uzun müddətdən sonra Bakıda Azərbaycan rok musiqisinə marağı geri qaytarmaq üçün yenidən rok festivalı keçiriləcək. Layihənin təşkilatçılarından biri Milan Məmmədovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, festival dekabrın 14-də Bakıdakı "Albion Pub" klubunda keçiriləcək.

Məmmədov təəssüflə bildirib ki, Bakıda kifayət qədər tez-tez rok musiqiçilərinin iştirakı ilə konsertlər keçirilir, lakin onları heç kəs işıqlandırmır.

Диана Арбенина - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Rok müğənni Bakıda həyatını təhlükəyə atmaqdan çəkinmir

"Sonuncu dəfə Bakıda rok festivalı iki, ya da üç il əvvəl keçirilib. Onun təşkilatçıları tamam başqa uşaqlar idi. Bu dəfə biz yalnız Azərbaycanın rok ifaçılarından ibarət layihə həyata keçirmək istəyirik. Festivalda altı rok qrupu iştirak edəcək. Onlar təkcə Bakının deyil, həm də Sumqayıtın rok qruplarıdır. Onların hər biri özünün altı müəllif kompozisiyasını və yaxud da Azərbaycanın keçmişdə mövcud olmuş rok qruplarının repertuarından olan "Yuxu", "Sirr, "Cadugər" və digər mahnıları ifa edəcəklər", - deyə Məmmədov əlavə edib.

Təşkilatçının sözlərinə görə, təkcə Azərbaycanda deyil, bütün dünyada rok musiqisinə marağın aşağı düşdüyü müşahidə edilir. Hazırda pop və elektron musiqi daha populyardır.

"Çoxları indiyə qədər dünya şöhrətli rok musiqiçilərinə qulaq asırlar. Amma gənc qrupların şöhrətlənməsi çətin məsələdir", - təşkilatçı bildirib.

"SSRİ-nin dağılmasından sonra Azərbaycanda rok auditoriyası yavaş-yavaş olsa da, böyüməyə başladı, yerli publika "Unformal" kimi populyar qrupların yaradıcılığına maraq göstərdi. 90-cı illərdə Sumqayıtda "Yuxu", "Spark", "Mozalan" və "Sirr" kimi qruplar yaranmışdı. "Yuxu" qrupu hətta Türkiyəyə gedərək Barış Mançonun şousunda iştirak etmişdi. Sonralar isə Azərbaycanın bir çox rok qrupları dağıldı", - Məmmədov deyib.

Əklil - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat edib

Məmmədovun fikrincə, rok digər musiqi janrlarından fərqli olaraq, çox bahalı musiqidir. O, çox yaxşı aparatlar tələb edir və onlardan heç də hamı istifadə edə bilmir.

Azərbaycandakı rok qruplarının dağılma səbəblərini Məmmədov maddi problemlərlə əlaqələndirib. Qeyd edib ki, rok musiqiçiləri öz sənətlərindən pul qazana bilmirdilər və ona görə də peşələrini dəyişməli olurdular. Hazırda Azərbaycanda rok ifaçıları əsasən hər şeyi sırf həvəsə görə edirlər, onların heç bir gəlirləri yoxdur.

"Biz çox ümid edirik ki, Bakıda keçiriləcək rok festivalı Azərbaycanda roka olan böyük marağı geri qaytaracaq. Adətən rok konsertlərinə 100-150 adam gəlir, bu isə çox azdır. Əgər tamaşaçıların sayı çox olsa, biz festivalı illik edə, iştirakçıların tərkibini genişləndirə, hətta xaricdən rok qrupları dəvət edə bilərik", - Məmmədov deyib.

Hələlik isə Bakı rok festivalına tam qüvvə ilə hazırlıq gedir və yaxın zamanlarda orada iştirak edəcək Azərbaycan qruplarının adları açıqlanacaq.

Xəbər lenti
0