01:31 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Əməkdar artist Sevda Ələkbərzadə, arxiv şəkli

Sevda Ələkbərzadədən yeni imicdə - VİDEO

© Courtesy of the Sevda Alekbarzadeh Press Service
MƏDƏNİYYƏT
Qısa URL
69 0 0

Əməkdar artist Sevda Ələkbərzadə yeni işini rəsmi "Youtube" kanalında yayımlayıb. Ələkbərzadə İsmayıl Əsədovun və Orxan Qarabasmanın sözlərinə bəstələnmiş "İstəmirəm" adlı mahnını ekranlaşdırıb.

 

BAKI, 6 noyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz "Instagram" profilində məlumat yayıb.

Bu yay Bakıda keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində dünya şöhrətli bəstəkar və müğənni Sami Yusufla möhtəşəm duetdən sonra Əməkdar artist Sevda Ələkbərzadə İsmayıl Əsədovun və Orxan Qarabasmanın sözlərinə bəstələnmiş "İstəmirəm" adlı mahnını ekranlaşdırıb. Sevda klipin rejissorluğunu Zaza Oraşviliyə həvalə edib. Klip Gürcüstanın paytaxtı Tbilisidə lentə alınıb.

Qeyd edək ki, Əməkdar artist Sevda Ələkbərzadə yeni işini rəsmi "Youtube" kanalında yayımlayıb.

Əsas mövzular