09:46 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Məşhur rusiyalı müğənnilər Anjelika Varum və Leonid Aqutin

Ulduz cütlük Bakıda konsert verəcək

© Sputnik / Nina Zotina
MƏDƏNİYYƏT
Qısa URL
281 0 0

Məşhur rusiyalı müğənnilər Anjelika Varum və Leonid Aqutin bakılı tamaşaçılara yeni kompozisiyaları və çox sevilən hitlərindən ibarət konsert proqramı təqdim edəcəklər.

BAKI, 6 noyabr — Sputnik. Məşhur rusiyalı müğənnilər Anjelika Varum və Leonid Aqutin 2020-ci il martın 1-də Bakı Konqress Mərkəzinin səhnəsində birgə konsert proqramı ilə çıxış edəcəklər.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a konsertin təşkilatçıları verib.

Müğənnilər bakılı tamaşaçılara yeni kompozisiyaları və çox sevilən hitlərindən ibarət konsert proqramı təqdim edəcəklər. Anjelika Varum və Leonid Aqutin səhnəyə "Esperanto" qrupu və "Lebedi Funk" rəqs layihəsinin müşayiəti ilə çıxacaqlar.

Bunlarla yanaşı, publikanı çoxsaylı sürprizlər gözləyir. Təşkilatçılar hələlik bu sürprizlərin nədən ibarət olacağını açıqlamamağa qərar verib.

Anjelika Varum - Rusiyanın əməkdar artisti, Beynəlxalq Estrada Sənəti Xadimləri İttifaqının üzvü, "Ovalyasiya" Rusiya Milli mükafatının üçqat qalibi, "Pesnya qoda" (İlin mahnısı) illik festivalının laureatıdır.

Leonid Aqutin - bəstəkar, musiqiçi, mahnıların müəllifi, aranjimançı, rejissor, Rusiyanın əməkdar artisti, "Dve zvezdı" (İki ulduz) layihəsinin qalibi, "Şanson qoda -2017" mükafatının sahibidir.

Müğənnilər 2000-ci ildə evləniblər. Onların birgə nikahdan qızı var və o, hazırda Mayamidə yaşayır.

Əsas mövzular