10:50 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Çəkiliş, arxiv şəkli

Filmlərdə səs effektləri görün hansı üsullarla alınır

CC0 / StockSnap / shooting
MƏDƏNİYYƏT
Qısa URL
140 0 0

Filmlərdə silah, öpüş, gəzmə, yağış, atəş, ata minmə, ox atma və bu kimi digər səslərin necə əldə edilməsi tamaşaçılar üçün sirr olaraq qalsa da, bu effektlər çox sadə üsullarla alınır.

BAKI, 2 noyabr — Sputnik. Filmlərdə silah, öpüş, gəzmə, yağış, atəş, ata minmə, ox atma və bu kimi digər səslərin necə əldə edilməsi bir çox tamaşaçı üçün sirr olaraq qalır. Sputnik Azərbaycan-ın Tükiyə mediasına istinadən verdiyi xəbərə görə, filmlərdə müxtəlif səs effektlərini əldə etmək üçün müxtəlif üsullardan istifadə edilir.

Məsələn, canavar səsinin yamsılanması üçün şar şişirdilir, atın ayaq səslərinin çıxarılması üçün kokos qabıqları bir-birinə sürtülür. Ox atışının səsinin yaradılmasında isə bambuk ağacından istifadə edilir. Qarda gəzərkən çıxan səsi yamsılamaq üçün çəkisi çox olan qarğıdalı unu yerə atılır və onun üzərində gəzməklə bu səs əldə olunur. Göy gurultusu səsinin əldə olunması üçün alüminium hissəciklərdən istifadə edilir. Yumruq səsi isə çiy ətə yumruq vurmaqla əldə olunur.

Ürək döyüntüsü effektini almaq üçün plastik qaba yüngülcə toxunmaq kifayətdir. "Adamın yerə yıxılması"nın səs effektini almaq üçünsə böyük ölçülü kitablardan istifadə edilir.

Öpüş səhnəsinin səslərini almaq üçün adamın öz qollarını öpməsi kifayətdir. Ocağın yanma səsini çıxarmaq üçün qabarcıqlı sellofanlar partladılır. 

Ayaq səslərinin çıxarılması üçün bəzən taxta, bəzən də qum üzərində müxtəlif ayaqqabılarda gəzmək yetərlidir.

Əsas mövzular