09:51 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Konsert, arxiv şəkli

Minlərlə moskvalı azərbaycanlıları ayaq üstə alqışladı

© Sputnik / Mihail Patlis
MƏDƏNİYYƏT
Qısa URL
871 0 0

Azərbaycanlı ifaçılar Elman Zeynalov və Coni Moskvada verdikləri konsert zamanı publikanı elə ələ alıblar ki, onları ayaq üstə alqışlayıblar

BAKI, 2 noyabr — Sputnik. Azərbaycanlı ifaçılar Elman Zeynalov və Coninin (Cahid Hüseynli) Moskvada verdikləri ilk solo konsert böyük uğurla keçib. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə müğənnilər "Instagram" sosial şəbəkəsindəki hesablarında məlumat veriblər.

Konsertdə yeddi mindən çox adam iştirak edib. Onlarla birlikdə səhnəyə Elman Zeynalovun yaratdığı "Raava music" musiqi leyblına daxil olan ukraynalı ifaçı Andro Draqon da çıxıb. Konsertdə müğənnilər bütün hitlərini ifa ediblər. Publika ifaçıları ayaq üstdə alqışlayıb.

Gecənin xüsusi qonağı isə Rusiyada yaşayan azərbaycanlı, hind rəqslərinin mahir ifaçısı Elina Məmmədova olub. O, səhnədə müğənnilərin ifa etdiyi mahnıların avazına rəqs edib.

"Mən indiyə qədər şokdayam. Zalda yeddi min adam var idi. Hamı alqışlayırdı və mən daha çox enerji alırdım. İlk dəfə idi ki, bu qədər çox tamaşaçı qarşısında çıxış edirdim. Çıxışım zamanı başa düşdüm ki, səhnədə özümü çox komfortda hiss edirəm və hər gün çıxış etməyə hazıram", - deyə Məmmədova bildirib.

Müğənnilər konsertin sonunda sevgi və alqışlara görə tamaşaçılara təşəkkür ediblər. Söz veriblər ki, tezliklə onların qarşısında yenidən çıxış edəcəklər.

Elman Zeynalov Sumqayıtda anadan olub, sonra ailəsi ilə birlikdə Rostova köçüb. Rusiyanın "MuzTV" musiqi kanalında yayımlanan "Yeni ulduz fabriki" layihəsində çıxış edəndən sonra Elman bütün Rusiyada şöhrət qazanıb. Bundan sonra o, Ani Lorak, Qriqori Leps, Ciqan və digər rusiyalı ulduzlarla birlikdə yaddaqalan duetlər ifa edib.

Coni isə dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya gedib. O, uşaqlıqdan populyar olmağı arzulayıb və nəhayət, bu arzusunu reallaşdıra bilib. Coninin sözlərinə görə, onun məşhurluğunda sosial şəbəkələrin böyük rolu olub. O, Bakıda ilk dəfə "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış edib.

Əsas mövzular