10:44 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Əməkdar artist Vasif Məhərrəmli

Əməkdar artistdən “gözlənilən” hərəkət: Yenə başqasını aşağıladı

© Instagram / vasifmeherremli
MƏDƏNİYYƏT
Qısa URL
24 0 0

Bir neçə dəfə başqa peşə sahibləri ilə bağlı qeyri-etik ifadələr səsləndirən Vasif Məhərrəmli bu dəfə mühafizəçini hədəf götürüb

BAKI, 1 noyabr — Sputnik. Əməkdar artist Vasif Məhərrəmli ötən gün "Xəzər" TV-də yayımlanan "5/5" proqramının qonağı olub.

Sputnik Azərbaycan xəbər verir ki, televiziyanın qaydalarına əsasən, verilişə gələn şəxs mobil telefonunu mühafizəçiyə təhvil verməlidir. Lakin müğənni bundan imtina edib. Bu zaman onunla nəzarətçi arasında mübahisə yaşanıb. V.Məhərrəmli mühafizəçini aşağılayaraq ona "get, gözətçiliyini et" deyib.

Kulisdə olan səslər canlı yayımda da eşidilib. Aparıcı Zaur Kamal müdaxilə edərək onları sakitləşdirməyə çalışıb və canlı yayıma təbii ki, telefon keçirmək olmaz deyib: “Mən aparıcıyam. Amma telefonla studiyaya daxil olmaq heç mənə də icazə verilmir”. Amma o, Məhərrəmlinin aşağılayıcı replikasına münasibət bildirməyib.

Qeyd edək ki, V.Məhərrəmli dəfələrlə müxtəlif peşə sahiblərinə qarşı kobud ifadələr səsləndirir.

Azərbaycanlı müğənni ilə "Dom 2" iştirakçısını nə bağlayır?>>

Belə ki, o, ötən günlərdə "Ay Zaur" proqramında "Mən dünyanın ən bahalı ətrini vururam, məndən ömür boyu mazut iyi gələ bilməz və heç vaxt mazut iyi gələn adamın yanında oturmuram" ifadələrini işlədərək, insanların qəzəbinə tuş gəlmişdi.

Daha sonra isə o, dediyi sözləri təkzib edərək, baş verənlərdə media nümayəndələrini günahlandırmış, onlara qarşı da düzgün olmayan ifadələr işlətmişdi.

Əsas mövzular