Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yüksək rütbəli "Komandir"in həyatı lentə alındı

Abunə olmaq
Çəkilişlər Bakıda və Murad Mirzəyevin doğulduğu Sabirabad rayonunun Muğan Gəncəli kəndində aparılıb. Lentə alınan "Komandir" sənədli filmi 2 aya başa gəlib

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən "Salnamə" studiyasında yeni film üzərində işlər tamamlanıb. 

Режиссер Имам Гасанов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İmam Həsənov: "Sənədli film institutunun bünövrəsini qoyuruq"
Rejissoru Murad Muradov olan ekran əsəri "Komandir" adlanır. Bu yaxınlarda nümayiş olunacaq filmin rejissoru Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, sənədli film Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti Murad Mirzəyevə həsr olunub.

- Murad bəy, film ideyası haradan yarandı?

- İlk olaraq onu qeyd edim ki, "Salnamə" film kinostudiyası Azərbaycan milli qəhrəmanlarına həsr olunmuş filmlər çəkir. İdeya isə senarilərin siyahısı mənə veriləndən sonra yarandı. Düşündüm ki, Murad Mirzəyevin həyatı, onun şücaəti, keçdiyi yol çox maraqlıdır. Ona görə də senari müəllifi Ramil Ələkbərovla qərara gəldik ki, bu film üzərində işləyək.

Film posterlərinə "geniş qapanmış gözlərlə" baxmaq: uşaqları "siyahı"dan silin>>

- Filmin ərsəyə gəlməsi üçün nə qədər vaxt sərf olunub?

- Filmin senarisi yazıldı, qəhrəmana aid materiallar toplandı, onun haqda danışacaq şəxslər müəyyən olundu və çəkilişə başladıq. Çəkilişlər Bakıda və Murad Mirzəyevin doğulduğu Sabirabad rayonunun Muğan Gəncəli kəndində aparılıb. Ümumilikdə, lentə aldığımız "Komandir" sənədli filmi 2 aya başa gəldi.

Qeyd edək ki, filmin senari müəllifi Ramil Ələkbərov, rejissoru və montajçısı Murad Muradov, operatoru Rüfət Süleymanov, texniki Sabit Qədirov, səs rejissoru Mehman Nadirov, redaktoru Nadir Bədəlov, mətni səsləndirən Səməd Hətəmov, sürücü Əbdülrza Fərzəliyev, icraçı prodüseri Azad Axundov, prodüser Nazim Hüseynovdur.

Xəbər lenti
0