Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Filipp Kirkorova pərəstişkarından qeyri-adi hədiyyə - FOTO, VIDEO

© © Courtesy of concert organizersВ Бакинском конгресс центре прошел концерт народного артиста России Филиппа Киркорова
В Бакинском конгресс центре прошел концерт народного артиста России Филиппа Киркорова - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur rusiyalı müğənni Bakıda Azərbaycanın Xalq artisti ilə birlikdə publikaya möhtəşəm şou təqdim edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Rusiyanın Xalq artisti Filipp Kirkorov Bakıda verdiyi "Əhvalın rəngi" adlı solo-konsert zamanı Azərbaycan dilində danışıb və Azərbaycanın Xalq artisti Aygün Kazımova ilə birgə ifa etdiyi yeni "Can, canım Azərbaycanım" duetini təqdim edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənninin çoxdan gözlənilən konserti Bakı Konqress Mərkəzində baş tutub. Tədbirin təşkilatçıları qismində "BEAT Group" və "Peachline" çıxış edib. Konserti Rusiya və Avropada məşhur olan dicey Katya Quseva açıb. Onun çıxışından sonra səhnəyə pop kralı Filipp Kirkorov çıxıb. O, özünün bir neçə hitini ifa edəndən sonra publikaya Azərbaycan dilində xitab edib.

© © Courtesy of concert organizersRusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub
Filipp Kirkorova pərəstişkarından qeyri-adi hədiyyə - FOTO, VIDEO - Sputnik Azərbaycan
Rusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub

"Salam əziz Bakı, axşamınız xeyir, hörmətli qonaqlar. Sizinlə bu görüşü gözləyirdim. Sizi bu gözəl və möhtəşəm zalda görmək mənim üçün böyük sevinc və şərəfdir. Mən fəxr edirəm ki, bu gün sizin üçün yenidən oxumaq imkanım var. Sizin qonaqpərvərliyinizə böyük hörmət edirəm. Çalışacam ki, bu axşam sizin üçün yaddaqalan olsun. Ümid edirəm ki, mənim yeni şoumun premyerası sizin xoşunuza gələcək və bu üç saatdan böyük həzz alacaqsınız", - deyə Kirkorov Azərbaycan dilində bildirib.

Sonra o, nitqini rus dilində davam etdirib. İfaçının sözlərinə görə, Bakıda keçirilən konsert bir daha sübut etdi ki, onunla azərbaycanlılar arasında heç vaxt sərhəd olmayıb, yoxdur və olmayacaq da. Çünki sənət sərhəd tanımır. Mahnılar - bütün sərhədləri aşan və düz ürəyə gedən ünsiyyət dilidir.

"Sizin alqışlarınız bir daha sübut edir ki, mən bütün bu 30 il ərzində boşuna yaşamamışam və oxumamışam. Söz verdiyim kimi mən yenidən Franko Draqonenin qurduğu yeni şou ilə Bakıya gəldim. Dünyanın ən gözəl zallarından birində çıxış etmək mənim üçün böyük şərəfdir. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etmək istəyirəm. Əgər sizin belə bir prezidentiniz olmasaydı, mən hələ uzun illər bura gələ bilməyəcəkdim. Həmçinin sizin ölkənin vitse-prezidenti Mehriban Əliyevaya da təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz olmasaydı, mən sevimli şəhərlərimdən birində çıxış edə bilməzdim", - deyə Kirkorov etiraf edib.

© © Courtesy of concert organizersRusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub
Filipp Kirkorova pərəstişkarından qeyri-adi hədiyyə - FOTO, VIDEO - Sputnik Azərbaycan
Rusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub

Şounun hazırlanmasında unikal transformer-səhnə, fantastik liftlər, yüzlərlə kostyum, 80 iştirakçı və 3D qrafikalı ekranlardan istifadə edilib. Kirkorovun məşhur "Calma" duet kompozisiyasını birgə ifa etdiyi Azərbaycanın Xalq artisti Aygün Kazımovanın səhnəyə çıxması ictimaiyyət üçün sürpriz olub.

"Şərq qadınları ilə görüşmədən əvvəl mənə deyirdilər ki, onlar çox gözəldirlər, ancaq məkrlidirlər. Aygünlə tanış olandan sonra sizin zərif cinsin nümayəndələrinin məkrli olduğu barədə məndə yaranmış bütün miflər dağıldı", - Kirkorov deyib.

© © Courtesy of concert organizersRusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub
Filipp Kirkorova pərəstişkarından qeyri-adi hədiyyə - FOTO, VIDEO - Sputnik Azərbaycan
Rusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub

Aygün Kazımova isə öz növbəsində deyib ki, Rusiya estradasının kralı ilə bir səhnədə çıxış etmək onu çox həyəcanlandırır və eyni zamanda böyük məsuliyyət tələb edir.

"Biz Filipplə birlikdə yeni duet yazdırmışıq. Çoxları təəccüblənəcək. İnanın mən Filippin xalqımıza olan sevgisinə əmin olmasaydım, heç vaxt bu addımı atmazdım" , - deyə Kazımova bildirib.

Sonra müğənnilər publikaya "Can, canım Azərbaycanım" duet kompozisiyasını həm rus, həm də Azərbaycan dillərində təqdim ediblər. Tamaşaçılar gurultulu alqışlarla müğənnilərə təşəkkür ediblər.

© © Courtesy of concert organizersRusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub
Filipp Kirkorova pərəstişkarından qeyri-adi hədiyyə - FOTO, VIDEO - Sputnik Azərbaycan
Rusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub

Kirkorov "Ya idu k vam" kompozisiyasını ifa edərkən səhnədən tamaşaçıların olduğu zala enib. Publika dərhal onu çiçək və hədiyyə yağışına tutub. Pərəstişkarlarından biri isə artistin uşaqları Alla-Viktoriya və Martinlə birgə rəsminin əllə toxunduğu xalçanı müğənniyə təqdim edib.

Gecədə artistin ən çox sevilən hitləri - "Lyubov ili obman" (Sevgi və yalan), "Sneq" (Qar), "Jestokaya lyubov" (Qəddar sevgi ), "Prosto podari" (Sadəcə hədiyyə et), "İndiqo", "Disko-partizanı" (Disko-partizanlar), "Ibiza", "Stesneniye propalo" və əlbəttə ki, "Svet nastroyeniya siniy" səslənib. Tamaşaçılar uzun müddət Kirkorovu səhnəyə buraxmayıblar.

© © Courtesy of concert organizersВ Бакинском конгресс центре прошел концерт народного артиста России Филиппа Киркорова
Rusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub - Sputnik Azərbaycan
1/6
Rusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub
© © Courtesy of concert organizersВ Бакинском конгресс центре прошел концерт народного артиста России Филиппа Киркорова
Rusiyanın Xalq artisti Filipp Kirkorovun konserti Bakı Konqress Mərkəzində baş tutub - Sputnik Azərbaycan
2/6

3/6

4/6

5/6

6/6

Filipp Kirkorov estrada müğənnisi, aktyor, bəstəkar, prodüser, Rusiya, Ukrayna və Moldovanın Xalq artistidir. Rusiyada ən populyar ifaçı, "Zolotoy Qrammofon", "Stopudovıy xit", "Serebryanaya kaloşa" mükafatlarının dəfələrlə mükafatçısı, "Ovasiya" mükafatının səkkizqat, "World Music Awards" mükafatının beşqat qalibi, "İlin mahnısı" illik festivalının laureatıdır.

Xəbər lenti
0