01:22 07 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
Fədayə Laçın

Fədayə azaddır, növbə Laçında...

© Photo : APA
MƏDƏNİYYƏT
Qısa URL
1486 0 0

Fəda – Fədayə... Laçın – Fədayə Laçın... Fədayə fəda edən deməkdir. Laçın işğaldadır. Adların insanın xarici görünüşünə və həyatına təsiri haqqında xeyli oxumuşdum. Bu da onlardan biri...

BAKI, 31 oktyabr — Sputnik. O, həbsdə olduğu müddətdə haqqında yazmağı düşünürdüm. Amma yazmırdım. Onun azadlığa çıxmağını gözləyirdim. İnanırdım ki, o, verilən cəza müddətindən daha tez çıxacaq azadlığa. Çünki o, həm məntiqimizin, həm də duyğularımızın hansı yönündən baxsaq, cinayətkar deyildi. Məcəllələr hər zaman hər şeyə qərar verə bilməz, bilməməlidir.

Onu illər əvvəl ilk dəfə "Ney səsiyəm" mahnısı ilə tanımışdım. Lerikin çadır toylarında keçən uşaqlığımda elə toy olmazdı ki, bu mahnı səslənməsin. Belə deyirdi o mahnının sözlərində: "Sən bir Allah bəndəsisən, mən qanadlı bir mələyəm! Çəkiləsi dərdim azmı? Nalə çəkən ney səsiyəm!"

Hələ illər əvvəl oxuduğu bu mahnının sözlərində də dediyi kimi, Fədayə Laçın yaşantıları ilə, eşqi ilə, taleyi ilə ney səsi kimi toxundu ürəyimizə. Qalmaqallarda, ucuz şoularda görmədiyimiz, sadəcə bir sıra mahnıları ilə müəyyən kəsim tərəfindən tanınan və sevilən müğənni eşqinə sahib çıxması və bunun uğrunda həbs olunması ilə o qədər tanındı və sevildi ki, ölkənin heç bir müğənnisi şöhrətin qalmaqallardan və ucuz şoulardan keçdiyi belə bir dönəmdə bu qədər tanına və sevilə bilməzdi. Buna pul xərcləmədi, peşəkar prodüserlərlə işləmədi, telekanallarla, maqazin verilişləri ilə anlaşmadı. Sadəcə aşiq oldu və eşqi üçün hər şeyi gözə aldı. Bu, onun nəhayətsiz rəğbətə və böyük şöhrətə qovuşmasına yetdi.

Etdiyi doğru idi, yaxud səhv idi, müzakirə etmək bizə düşməz. Nəyin doğru, nəyin səhv olduğuna belə məqamlarda qərar vermək ədəbsizlik və əxlaqsızlıq olar. Əsas odur ki, o, aşiq idi və eşqinə sadiq idi. O qədər sadiq idi ki, hər şeyə rəğmən sevirdi və bunun uğruna həyatından iki ili zindanda keçirərək fəda etdi.

Fədayə Laçın "Qoca" ilə münasibətlərinin gizlinlərini açdı>>

Fəda – Fədayə... Laçın – Fədayə Laçın... Fədayə fəda edən deməkdir. Laçın işğaldadır. Adların insanın xarici görünüşünə və həyatına təsiri haqqında xeyli oxumuşdum. Bir neçə dəfə şahid də olmuşam. Bu da onlardan biri...

Azadlığa çıxandan sonra jurnalistin "Sənətə davam edəcəksinizmi" sualına elə qətiyyətlə "Əlbəttə! Elə şey olar? Ölmürəm bəs? İki ildir içəridə oxumuram, ürəyim partlayır. Mütləq davam etdirəcəm. İstəyirsiniz, oxuyum" cavab verir ki, bunu deyərkən baxışları, üz ifadələri, səs tonu onun içindəki səhnə yanğısını bütün çılpaqlığı ilə göstərir. Bəli, o, təkcə uğruna iki il həbsdə qaldığı bir adama aşiq deyildi, həm də səhnəyə aşiq idi. Bu iki il ondan təkcə sevdiyi adamı almadı, həm də səhnəni aldı.

Müğənni Rihanna, arxiv şəkli
© Dave Kotinsky/Getty Images for Diamond Ball/AFP

İndi Fədayə Laçın azadlıqdadır. Hər hadisədə olduğu kimi, qeybətcillər yenə qeybət mövzusu axtarışındadır. Mövzu da odur ki, cəza müddəti necə və nə səbəblə azaldıldı? Bu bəraətin, yaxud əfvin arxasında başqa məramlar axtaranlar ya qəsdən, ya da bilmədən bir məqamı gözardı edirlər. Az qala hər addımda problemlərlə qarşılaşdığımız bu məmləkətdə bir xanım müğənni, hər hansı cinayəti olmasına rəğmən aşiq olduğu adama kömək etdiyi üçün azadlıqdan, ən əsası isə səhnədən məhrum edilir. Sosial-ictimai həyatımızı alt-üst edən o problemlər, hər yerdə önümüzü kəsən o dəhşətlər bircə dəfə bu xanım müğənninin azadlığı üçün işə yarayıbsa, nə xoş!

Eşqin, səhnən və azadlığın mübarək, Fədayə Laçın! Fədayə azaddır, növbə Laçında..!

Əsas mövzular