Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyada yaşayan həmyerlimiz Azərbaycana mahnı həsr edib

© Sputnik / Ekaterina Chesnokova / Mediabanka keçidПевец Эмиль Кадыров, фото из архива
Певец Эмиль Кадыров, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Emil Qədirovun "Mənim Azərbaycanım" kompozisiyası Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyinə həsr olunub

BAKI, 23 oktyabr — Sputnik. Rusiyada yaşayan azərbaycanlı ifaçı Emil Qədirov öz yeni mahnısını vətəninə həsr edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, "Mənim Azərbaycanım" kompozisiyası Azərbaycan Demokratik Respublikasının yaranmasının 101 illiyinə həsr olunub.

Mahnının sözlərini Zaur Cəfərov, musiqisini isə Cavid Məmmədov yazıb.

Emin Ağalarov Azərbaycanda radio və TV açmaq istəyir>>

Qədirov kompozisiyanı iki dildə - Azərbaycan və rus dillərində oxuyub. Çarxı isə Bakı Media Mərkəzinin komandası hazırlayıb.

"Azərbaycan mənim Vətənimdir. Baxmayaraq ki, mən orada yaşamamışam, amma ora həmişə mənim üçün birinci yerdədir", - deyə Qədirov bildirib.

Müğənni bu layihənin ərsəyə gəlməsinə verdikləri dəstəyə görə Rusiyanın Azərbaycanlı Gənclər Birliyinə (AMOR) və şəxsən Birliyin sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edib.

Emil Qədirov "Romansiada-2012" gənc rus romans ifaçılarının XVI Moskva Beynəlxalq Müsabiqəsinin seçmə mərhələsinin, Klavdiya Şuljenko (Xarkov) adına Beynəlxalq Müsabiqənin laureatıdır.

O, həmçinin klassik gitara ifaçıları və gitara ansambllarının səkkizinci Belqorod beynəlxalq müsabiqəsinin birinci dərəcəsinin, "Zakarpatye Edelveysi" və "Qara dəniz" Qran-prilərinin qalibidir.

Azərbaycanlı müğənni nirvana mərhələsinə çatıb - Video>>

Emil Qədirovun Kreml Sarayında, İttifaqlar Evinin sütunlu salonunda, Moskva Musiqi Evində, Mərkəzi Alimlər Evində, Xilaskar İsa Məbədində solo konsertləri keçirilib. O, Rusiya Televiziyasının Birinci kanalının "Qolos" layihəsinin dördüncü mövsümünün iştirakçısı olub. Bakıda keçirilən "Jara" Beynəlxalq Musiqi Festivalında iştirak edir. "Qradski Holl" teatrının solisti olan həmvətənimizin repertuarına dünya klassik operalarından ariyalar, müxtəlif ölkə bəstəkarlarının romansları və estrada mahnıları daxildir.

Xəbər lenti
0