CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"O Səs Türkiyə"nin təşkilat komitəsi azərbaycanlı iştirakçıları seçib

© Pexels Heorhii HeorhiichukМужчина поет, фото из архива
Мужчина поет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İki yüzdən artıq azərbaycanlı ifaçı Türkiyənin "O Səs Türkiyə" vokal şousunda iştirak etmək üçün seçimlərə qatılıb, münsiflər isə yalnız iki nəfəri seçəcəklər

BAKI, 23 oktyabr — Sputnik. Bakıda "O Səs Türkiyə" beynəlxalq vokal layihəsində iştirak etmək üçün gənc ifaçılar arasında seçim keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, iki gün ərzində Azərbaycandan 200-dən artıq ifaçı müsabiqədə iştirak üçün ərizə verib. İştirakçıların çıxışları artıq yazılıb və onların içindən ən yaxşıları Türkiyədə seçiləcək.

Сaz festivalıın açılışı: ecazkar musiqi və Qız qalası üzərində video installyasiya - Sputnik Azərbaycan
FOTO
Festival başlandı: Qız qalası caz rənglərinə büründü

Bundan sonra təşkilat komitəsi öz seçimini edəcək. Azərbaycanlı iştirakçılar türk ifaçılar Murad Boz, Seda Sayan, Hadisə və Bəyazit Öztürkdən ibarət münsiflər heyətinin qarşısına çıxacaqlar.

Azərbaycandan yalnız iki ifaçı Türkiyədə vokal müsabiqəsində iştirak etmək hüququ qazanacaq.

"O Səs Türkiyə" televiziya vokal şousu "The Voice" orijinal formatının türk versiyasıdır. Digər istedad şoularından fərqli olaraq, bu layihə bütün musiqi janrlarında və müxtəlif dillərdə mahnı ifa etməyi bacaran universal solistlərin axtarışına hədəflənib. Türk müğənni Ebru Gündəşin komandasının üzvü olan azərbaycanlı müğənni Elnur Hüseynov 2014-cü ildə bu layihənin qalibi olub.

Xəbər lenti
0