03:43 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Moskvada modellər

Azərbaycanlı dizaynerlər moda həftəsində moskvalıları heyran qoydular - FOTO

© Sputnik / Evgeniy Biyatov
MƏDƏNİYYƏT
Qısa URL
108210

2020 yaz/yay Mercedes-Benz Fashion Week moda həftəsi Rusiya və Şərqi Avropanın dəb sahəsində əsas tədbirlərindəndir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 20 oktyabr — Sputnik. Azərbaycanlı dizaynerlər Aynur Əliyeva və Leyli Zalova Moskvada 2020 yaz/yay Mercedes-Benz Fashion Week moda həftəsində yeni kolleksiyalarını təqdim ediblər.

Sputnik Azərbaycan-a bu barədə dizaynerlər özləri məlumat veriblər.

Aynur Əliyevanın hər obrazının əsasında məşhur polka-dot naxışlı, mürəkkəb qırçın və büzmələrdən ibarət çoxyaruslu geyimlər durur. İncə beli vurğulayan bant və işləməli ikiqat kəmərlər isə yeni yaz-yay kolleksiyasının obrazlarına qadın zərifliyi bəxş edib.

Дизайнер из Азербайджана Айнур Алиева продемонстрировала свои новые весенне-летние коллекции в Москве
© Courtesy of Aynur Aliyeva
Azərbaycanlı dizayner Aynur Əliyeva özünün yeni yaz-yay kolleksiyasını Moskvada nümayiş etdirib

Leyli Zalovanın geyimləri isə zərif bədənin konturlarını vurğulayır. Mürəkkəb işləmələr, tikmələr, korsetlər, yarımşəffaf seksual detallar ultrazərif qadınlıq və cazibədarlıqla çulğalaşır.

Коллекция нарядов Лейли Заловой, представленная на Неделе моды в Москве
© Courtesy of Leyli Zalova
Leyli Zalovanın Moskvada moda həftəsində nümayiş olunan geyim kolleksiyası

Moda həftəsində həmçinin Koreya, İspaniya, Belçika, Çin, Livan və digər ölkələrdən olan dizaynerlər də öz geyimlərini nümayiş etdiriblər.

Mercedes-Benz Fashion Week moda həftəsi Rusiya və Şərqi Avropanın dəb sahəsində əsas tədbirlərindəndir. Moda həftəsi RF Mədəniyyət Nazirliyinin dəstəyi və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının himayəsi altında ildə iki dəfə - apreldə və oktyabrda keçirilir.

Əlaqədar

Azərbaycanlı oğlanla rus model müasir Romeo və Cülyetta oldular
"Oskar"lı aktrisa podiuma ayaqyalın çıxdı
İşlənmiş geyimlərə, yırtıqlı parçalara yenidən nəfəs verən qadın - REPORTAJ
Parisi “partlatdılar”: modellərin paradı, ulduzlar və dünya brendləri
Azərbaycanlı modelyerdən Putinin ad gününə qeyri-adi hədiyyə
Teqlər:
Moskva, azərbaycanlılar, modelyer-dizayner, kolleksiya, dəb

Əsas mövzular