Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı aktrisa açıq-saçıq səhnəyə çəkildi – VİDEO

© Photo : Instagram / nesrin.cavadzadeАзербайджанская актриса Несрин Джавадзаде, фото из архива
Азербайджанская актриса Несрин Джавадзаде, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin baş rola çəkildiyi ən çox gözlənilən film türk tamaşaçılara təqdim olunub

BAKI, 19 oktyabr — Sputnik. Ən çox gözlənən "Eşq təsadüfləri sevər - 2" türk filminin treyleri təqdim edilib. Həmin filmdə azərbaycanlı aktrisa Nəsrin Cavadzadə və türk aktyor Mustafa Yigit Kirazcının iştirakı ilə açıq-saçıq yataq səhnələri əksini tapıb.

Sputnik Azərbaycan xəbər verir ki, çarx layihənin YouTube sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Cavadzadə filmdə baş rollardan birini oynayır, onun ekrandakı sevgilisi rolunu isə Mustafa Yigit Kirazcı canlandırır.

Filmin premyerası 2020-ci il yanvarın 31-də olacaq.

Bu filmin 2011-ci ildə Türkiyədə istehsal edilən birinci hissəsi "Eşq təsadüfləri sevər" böyük uğur qazanıb. Birinci hissədə baş rolları Mehmet Günsur və Belçim Bilgin Ərdoğan oynayıb.

Rejissor Ömər Sorak 8 ildən sonra "Eşq təsadüfləri sevər" filminin ikinci hissəsini çəkməyə qərar verib.

Öz yubileyində "Milyonçu qadın" olan azərbaycanlı aktrisa>>

Nəsrin Cavadzadə məşhur Azərbaycan akademiki Mirməmməd Cavadzadənin nəvəsidir. Hazırda aktrisa Türkiyədə yaşayır. O, bir çox türk filmləri və seriallarda çəkilib. "Yaxşı günlər qabaqdadır" və "Quzu" filmlərində oynadığı rollara görə, Cavadzadə iki dəfə Türkiyənin məşhur "Qızıl portağal" kino mükafatına layiq görülüb. O, "İkinci planda ən yaxşı qadın roluna" və "Ən yaxşı qadın roluna görə" nominasiyalarında "Qızıl portağal"ı qazanıb.

Xəbər lenti
0