Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənninin klipinə məhdudiyyət qoydular, səbəbi - fetiş

© Instagram / narmeenmusicПевица Нармин Бехбудова
Певица Нармин Бехбудова - Sputnik Azərbaycan
Abunə olmaq
Pərəstişkarları klipini YouTube-da izləyə bilsinlər deyə azərbaycanlı müğənni onu yenidən montaj etməli olub

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Daha çox Narmeen kimi tanınan müğənni Nərmin Behbudova YouTube videohostinqinin seksual fetiş elementlərinin olması səbəbindən klipinə yaş məhdudiyyəti qoyduğu ilk azərbaycanlı müğənni oldu.

Sputnik Azərbaycan-a Behbudovanın özünün verdiyi məlumata görə, o, "Sirr" mahnısının klipinə məhdudiyyət qoyulduğunu öyrənəndə çox təəccüblənib.

Müğənni saytın əməkdaşları ilə əlaqə quraraq on gün müddətində onlarla yazışıb. YouTube-un son qərarı isə klipdə "açıq-aşkar seksual fetiş" olması səbəbindən videoya məhdudiyyət qoyulması olub. Klipin orijinal versiyasını YouTube-un yalnız 18 yaşı tamam olmuş qeydiyyatdan keçmiş istifadəçiləri izləyə bilərlər.

"Onlardan xahiş etdim ki, klipi bir neçə dəfə izləyib onu başqa çarxlarla müqayisə etsinlər. Amma cavabları qəti oldu. Həmin an nə edəcəyimizi bilmirdik. Amma klipi yenidən montaj eləmək ağlımıza gəldi. Yeni kadrlar çəkərək əsas səhnələrdən birini dəyişdik. Klip yenidən YouTube-a yüklənib. Deyə bilərəm ki, klipinə yaş məhdudiyyəti qoyulan ilk azərbaycanlı müğənniyəm", - Nərmin deyib.

Aleksey Krupinin rejissoru olduğu klipindən danışarkən müğənni qeyd edib ki, bir-birini sevən iki gəncin daxili aləmini göstərməyə çalışıb. Onun sözlərinə görə, bu hekayə cütlüyü həyat yolunda hansı çətinliklərin və seçimlərin gözlədiyini göstərir. Müğənni etiraf edir ki, klipinə birmənalı reaksiyanın olmayacağını gözləsə də, hər şey ürəyincədir.

N.Behbudova uşaq yaşlarından aktrisa olmaq istəyib. O, musiqi məktəbini, sonra isə Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasını bitirib.

"Kaver-benddə işləyərkən anlayırdım ki, pul qazanmaqdan daha böyük bir şeyə ehtiyac var. Bunun üçün uzun hazırlıq keçdim: arıqladım, idmanla məşğul oldum, burnumda əməliyyat etdirdim, əlbəttə ki, paralel olaraq öz solo layihəm üçün mahnı axtarır, yazırdım. Birinci mahnı - "Ne tvoya" ("Sənin olmayan") - yazılanda dostlarımla fikirləşdik ki, Nara White təxəllüsünü saxlayaqmı. Sonra qərara aldıq ki, bu, Azərbaycanda yerinə düşməyəcək. Beləliklə, Narmeen layihəsi yarandı", - müğənni deyib.

Hazırda Nərmin layihələrini öz gücünə gerçəkləşdirir və inanır ki, gələcəkdə arzusuna çatacaq.

Nərmin Behbudova "Səs Azərbaycan" musiqili layihəsində iştirakından sonra məşhurlaşıb. Layihədən sonra isə solo-karyeraya başlayıb.

Xəbər lenti
0