Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Sputnik Azərbaycan-ın əməkdaşı "Qızıl nar" uğrunda yarışacaq

© Sputnik / Murad OrujovЗдание центра кино Низами в Баку
Здание центра кино Низами в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Beynəlxalq festivala seçilmiş 4 sənədli film arasında Sputnik Azərbaycan-ın əməkdaşının lentə aldığı "Qazi" sənədli filmi də var

BAKI, 16 oktyabr — Sputnik. Bu il 6-9 noyabr tarixlərində keçiriləcək Bakı Beynəlxalq Qısa Filmlər Festivalına filmlərin seçim turu başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, 10-cu açılışını edəcək festivala iki platformada yerli və beynəlxalq müsabiqədə 79 ölkədən 3484 qısametrajlı film təqdim edilib.

Sumqayıtda ilk dəfə Mədəniyyət Festivalı  - Sputnik Azərbaycan
VİDEO
Sumqayıtda ilk Mədəniyyət Festivalından rəngarəng görüntülər

Yerli müsabiqədə “Ən yaxşı bədii film” nominasiyası üzrə 9, “Ən yaxşı sənədli film” üzrə 4, “Ən yaxşı animasiya filmi” üzrə 5, “Ən yaxşı sosial çarx” üzrə 2 film seçilib.

Sputnik Azərbaycanın əməkdaşı Kamal Almuradlının ötən il lentə aldığı "Qazi" sənədli filmi 10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalına vəsiqə qazanıb. 3500 film arasında ən yaxşı sənədli film nominasiyası üzrə seçilən 4 film 6-9 noyabr tarixlərində Bakıda "Nizami” kinoteatrında nümayiş olunacaq.

“Qazi” filmi üç dövrü əhatə edir. Ekran əsərində ötən əsrin əvvəllərində Cümhuriyyətin qurulması, İkinci Dünya müharibəsində 416-cı Taqanroq diviziyasının sıralarında alman faşizminə qarşı mübarizədə həlak olmuş həmvətənlərimiz və 20-ci əsrin sonunda Qarabağ uğrunda gedən döyüşlər öz əksini tapıb.

Qeyd edək ki. "Sinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə baş tutur. Festival qaliblərinə "Qızıl nar" mükafatı təqdim ediləcək.

Xəbər lenti
0