Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İllərdir əsərlərini sata bilməyən oymaçı: “Satanda elə bil ürəyim onunla qalır” - FOTOLAR

© Sputnik / Ilham MustafayevGəncədə yaşayan dekortaiv tətbiqi sənət ustası Saləddin Məhərrəmov
Gəncədə yaşayan dekortaiv tətbiqi sənət ustası Saləddin Məhərrəmov - Sputnik Azərbaycan
Abunə olmaq
Əsasən fıstıq və qoz ağacları üzərində oyma işləri görən sənətkar bu ağacların yaradıcılıq üçün əlverişli olduğunu deyir

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 14 oktyabr — Sputnik. “Əsər üzərində işlədikcə elə bilirəm məni kənardan minlərlə tamaşaçı izləyir, hər detal haqqında suallar verirlər. İşlədikcə onların hər birinə cavab verirəm. Bundan sonra işi tamamlayıram”.

Bu sözləri Sputnik Azərbaycan-ın bölgə müxbirilə söhbətində Gəncədə yaşayan dekorativ tətbiqi sənət ustası Saləddin Məhərrəmov söyləyib. O, işlədiyi 30 il ərzində yüzədək əsərə nəfəs verib. Onun əsərləri arasında ən çox üz tutduğu isə dağlar mövzusudur.

© Sputnik / Ilham Mustafayev Saləddin Məhərrəmov işlədiyi 30 il ərzində yüzədək əsərə nəfəs verib
İllərdir əsərlərini sata bilməyən oymaçı: “Satanda elə bil ürəyim onunla qalır” - FOTOLAR - Sputnik Azərbaycan
Saləddin Məhərrəmov işlədiyi 30 il ərzində yüzədək əsərə nəfəs verib

“Dağları çox sevirəm. Bu mənim daxilimdən gələn sevgidir. Mən bu dağları yonduqca, sanki onların üzərində gəzirəm. Gəzdiyim-gördüyüm yerləri təxəyyülümdə ümumiləşdirib, təsvir edirəm” - deyə Saləddin Məhərrəmov izah edib.

Əsasən fıstıq və qoz ağacları üzərində oyma işləri görən sənətkar bu ağacların yaradıcılıq üçün əlverişliliyindən söhbət açıb: “Qoz, fıstıq bərk ağaclardır. Bu ağaclardan hazırlanan işlərə baxdıqca onu hazırlayan sənətkarın nəfəsi hiss olunur. Üzərində bütün xırdalıqları göstərmək olur. Qozda, fıstıqda müəyyən səviyyədə tündləşmə gedir ki, o da əsərə xüsusi gözəllik qatır. Digər ağaclar üzərində işləmək olsa da, yaradıcılıq üçün qoz və fıstıq ağacı çox əlverişlidir”.

© Sputnik / Ilham MustafayevSənətkar əl işlərini ən tezi 4 saata, ən geci isə bir il ərzində ərsəyə gətirib
İllərdir əsərlərini sata bilməyən oymaçı: “Satanda elə bil ürəyim onunla qalır” - FOTOLAR - Sputnik Azərbaycan
Sənətkar əl işlərini ən tezi 4 saata, ən geci isə bir il ərzində ərsəyə gətirib

Sənətkarın sözlərinə görə, əl işlərini ən tezi 4 saata, ən geci isə bir il ərzində ərsəyə gətirib. Bu, bəzən əsərin böyüklüyündən asılı olsa da, hazırlanma vaxtına daha çox əhvali-ruhiyyə, təb təsir edir. Kompozisiyanı beynində quran sənətkar bəzən hər hansı bir nüansın çatışmazlığı səbəbindən günlərlə işləmədiyini, bəzən isə yatdığı yerdə olsa belə, qalxıb beynindəkini taxta üzərinə köçürdüyünü söyləyir. O, iş müddətindən asılı olmayaraq işləyərkən heç vaxt oturmadığını bildirir.

“Bu mənim həm işim, həm rahatlığımdır. İşə ki başladım, heç vaxt oturmuram. Bəzən elə olur 4-5 saat yemək yemədən, su içmədən işləmişəm. Başımı qaldıranda görmüşəm artıq gecə saat 2-ni keçib. Belə vaxtlarda sanki orqanizm özü-özünü balanslaşdırır, insan nə yorulmur, nə də xəstələnmir”, - deyə sənətkar izah edib.

İndiyədək yüzədək əsərin müəllifi olan 65 yaşlı rəssam ən çox əsərlərinə qiymət qoyarkən çətinlik çəkdiyini söyləyir.

“Qiymət qoymağa çox əziyyət çəkirəm. Satanda elə bil ürəyim onunla qalır. Çünki onların hər biri ilə yaşamışam. Hər birinin öz yaranma səbəbi, tarixçəsi olub. İçində elə işlər var, bir il mənə yoldaşlıq edib. Çox vaxt isə təklif edilən qiymətə uyğunlaşa bilmirəm. Çünki bu əsərlər həm təxəyyül, həm də əl zəhmətinin məhsuludur”, - deyə o bildirib.

5 ildən artıqdır ki, ümumiyyətlə əsər satmadığını deyən S.Məhərrəmov bunu satış yerinin olmaması ilə əlaqələndirib.

© Sputnik / Ilham MustafayevSaləddin Məhərrəmovun əl işi
İllərdir əsərlərini sata bilməyən oymaçı: “Satanda elə bil ürəyim onunla qalır” - FOTOLAR - Sputnik Azərbaycan
Saləddin Məhərrəmovun əl işi

“Məhsullarımızı çıxarmağa yer yoxdur. İnsanlar gərək bunları haradasa görə, bəyənə, ala. Bəzən sərgilərə dəvət edirlər ki, orada da əsərlərimizi xaricilərə satmamağı tapşırırlar. Xaricilər alsalar da, ölkədən çıxarmaqda çətinlik çəkirlər. Nəticədə xaricilər ala bilmirlər, bizdə isə dəyər verilmir. Biz də məcbur olub dolanmaq üçün başqa sahələrdə çalışırıq”, -deyə oymaçı usta əlavə edib.

Sənətkar Bakıdan sonra ən çox sənətkarın Gəncədə yaşadığını, lakin burada onların heç birinin işləyib yaratması üçün şəraitin olmadığını deyib. Bütün Gəncə sənətkarlarının ortaq probleminin yer məsələsi olduğunu bildirən sənətkar, şəhərdə onlar üçün həm işləyib, həm əsərlərinin satmaq üçün yer ayrılmasını məqsədəuyğun hesab edir.

Xəbər lenti
0