Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

M.A.P. gəlir – Görmədiyiniz məşhurları orada görəcəksiniz

© Sputnik / Murad OrujovВид на комплекс Flame Towers в Баку
Вид на комплекс Flame Towers в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
“Biz dünyaya opera sənətinin xüsusi istiqamətini – muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Oktyabrın 10-dan 20-dək "YARAT" Müasir İncəsənət Məkanında 3-cü M.A.P. (Music, Art, Performance – M.A.P.) Beynəlxalq Teatr Festivalı gerçəkləşəcək. Sputnik Azərbaycan xəbər verir ki, M.A.P. Festivalı əvvəlki iki buraxılışda olduğu kimi bu dəfə də şəhərin əsas teatr səhnələrini əhatə edəcək.

Proqrama dram, müasir rəqslər, fiziki teatr və kukla tamaşalarından tutmuş, klounada və sirk elementlərinə malik musiqili tamaşalara qədər ən müxtəlif janr və istiqamətləri təmsil edən 9 ölkədən 18 tamaşa daxildir.

Festival Kamran Şahmərdanın rejissoru olduğu "Dəli yığıncağı" tamaşası ilə açılıb. Azərbaycan ədəbiyyatının klassik nümayəndəsi Cəlil Məmmədquluzadənin eyniadlı pyesini yenidən nəzərdən keçirərək onu müasir cəmiyyətə uyğun yeni ifadə, musiqi və enerji ilə daha da zənginləşdirib.

© Photo : Facebook / Jyty Syrjäläinen Kamran Şahmərdan
M.A.P. gəlir – Görmədiyiniz məşhurları orada görəcəksiniz - Sputnik Azərbaycan
Kamran Şahmərdan

K.Şahmərdanın bildirdiyinə görə, M.A.P. Festivalı həmişəki kimi gənc aktyorlar, rejissorlar və dramaturqların biliklərini paylaşdığı və daha təcrübəli həmkarlarının təcrübəsindən öyrəndiyi təhsil platforması statusunu saxlayır. Festival proqramında onun qonaqlarının təqdimatı ilə çox sayda mühazirə və ustad dərsləri yer alacaq.

"Mənim üçün teatr həmişə öyrənməyə çalışdığım ecazkar bir məkan olub. Bura aktyor və tamaşaçının birlikdə yaşadığı, bir-birini dərindən hiss etdiyi və hər birinin öz yolunu seçdiyi yerdir. Biz teatr istiqamətləri arasındakı sərhədləri silərək klounadadan və fiziki teatrdan opera, balet və audiovizual ifalara qədər ifa sənətinin bütün növlərini əhatə edən, fərqli parlaq rənglərdən ibarət festival palitrasını nümayiş etdirmək istəyirik. Bununla biz teatr aləminin müasir tendensiyalarını nəzərə alaraq Azərbaycan tamaşaçısını yeni ideyalarla təəccübləndirmək və onlara müxtəlif teatr növləri arasında seçim etmək imkanı vermək arzusundayıq” – deyə Kamran Şahmərdan vurğulayıb.

© Sputnik / Kemale Aliyeva M.A.P. Festivalının iştirakçıları
M.A.P. gəlir – Görmədiyiniz məşhurları orada görəcəksiniz - Sputnik Azərbaycan
M.A.P. Festivalının iştirakçıları

O, festivalın əsas məqsədinin insanlara sevimli teatr janrını seçmək imkanı vermək olduğunu qeyd edib: “Mən əminəm ki, teatr cəmiyyətin ruhu və güzgüsüdür. Mən "teatral millət" anlayışı ilə qəti şəkildə razı deyiləm. Teatr ümumbəşər hadisədir, sintetik dilə malikdir və hər xalqa xitab edir. Bizim teatr irsimizə gəldikdə isə, bu, əsrlərin dərinliyinə uzanan köklərə malik ənənəvi meydan teatrıdır. Bu ənənələri hələ də Novruz bayramında yada salırıq. Biz dünyaya opera sənətinin xüsusi istiqamətini – muğamı bəxş etmişik və bununla teatr aləminə öz töhfəmizi verib onu zənginləşdirmişik. Biz teatrı sevirik, onu anlayırıq. Teatra getməyimizlə və teatr həyatında iştirak etməyimizlə ona dəstək olmaq vaxtı gəlib çatıb. Siz teatrı sevə bilərsiniz, ona nifrət də edə bilərsiniz, lakin heç vaxt ona qarşı laqeyd qalmayın. Bilik və təcrübəmi Azərbaycan tamaşaçı auditoriyası ilə paylaşmaq imkanını mənə qazandırdıqları üçün "YARAT" Müasir İncəsənət Məkanına minnətdaram. М.А.Р sizin teatr bayramınızdır".

Qeyd edək ki, bu il festivalda Y.Vaxtanqov adına Dövlət Akademik Teatrı (Rusiya), "AXE" Mühəndis Teatrı (Rusiya), "Priyut komedianta" Teatrı (Rusiya), "Kukolniy dom" Teatrı (Rusiya), "Yeni Riqa" Teatrı (Latviya), Akademik Malıy Dram Teatrı – Avropa Teatrı (Rusiya), "Devid Espinoza Kukla" Teatrı (İspaniya), "OLE!" kollektivi (İspaniya / Böyük Britaniya), "WHS" Teatrı (Finlandiya), dünyaca məşhur "Kibbutz" Müasir Rəqs kollektivi (İsrail), "Sardegna" Teatrı (İtaliya), "Atelye" Teatrı (Rusiya), "Puppet Cinema" kollektivi (İsrail) və "Recirquel" şirkəti (Macarıstan) iştirak edəcək.

Xəbər lenti
0