CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda ilk Mədəniyyət festivalı keçirilib - FOTO

© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiSumqayıtda ilk Mədəniyyət festivalı keçirilib
Sumqayıtda ilk Mədəniyyət festivalı keçirilib - Sputnik Azərbaycan
Abunə olmaq
"Çalışacağıq ki, bu festival ənənə halını alsın. Bu həm də bizə gələcəkdə beynəlxalq festivallar keçirmək üçün yaxşı təcrübədir"

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Sumqayıtda ilk dəfə "Mədəniyyət festivalı" keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, Festivala Sumqayıt Regional Mədəniyyət İdarəsinin tərkibində fəaliyyət göstərən Abşeron, Xızı, Şuşa, Zəngilan, Qubadlı rayonları ilə yanaşı, Şamaxı, İsmayıllı, Quba və Kürdəmir rayonlarının mədəniyyət kollektivləri qatılıb.

Tədbir iştirakçıları şəhərin Kimyaçı Mədəniyyət Sarayının önündəki meydanında bir-birindən maraqlı çıxışlar, rəqs nömrələri, Kukla Teatrının tamaşalarından parçalar, şeirlər, milli musiqi alətlərində ifalar, əl işlərini, rəsmlərini, tətbiqi sənət nümunələrini, ölkəmizin ayrı-ayrı bölgələrinin folklor və mətbəxini təqdim ediblər.

© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiSumqayıtda ilk Mədəniyyət festivalı keçirilib
Sumqayıtda ilk Mədəniyyət festivalı keçirilib - FOTO - Sputnik Azərbaycan
Sumqayıtda ilk Mədəniyyət festivalı keçirilib

Tədbirin təşkilatçısı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov Sputnik Azərbaycan-a açıqlamasında festival barədə məlumat verib: "Bilirsiniz ki, Sumqayıt son illər çox inkişaf edib. Təbii ki, bu inkişaf mədəniyyət sahəsindən də yan keçməyib. Son illər şəhərimizdə onlarla kollektiv yaranıb. Buna misal olaraq xalq çalğı alətləri orkestri, qızlardan ibarət ansambl, uşaqlardan ibarət xor kollektivini göstərmək olar. Bu il Sumqayıtın 70 illik yubileyi qeyd olunur. Biz də qərara aldıq ki, mədəniyyət festivalı keçirək. Məqsədimiz tabeliyimizdə olan müxtəlif kollektivlərin bacarıqlarını nümayiş etdirmək idi. Folklor, sərgi, musiqi çıxışları ilə yanaşı, burada iştirak edən ondan çox rayon və şəhərin mətbəx nümunələrini də təqdim etdik. Çalışacağıq ki, bu festival ənənə halını alsın. Bu həm də bizə gələcəkdə beynəlxalq festivallar keçirmək üçün yaxşı təcrübədir".

Bayram ab-havasında keçən festivalı izləyən çoxsaylı şəhər sakinləri və qonaqlar arasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, idarə, müəssisə və təşkilatların rəhbərləri də olublar.

© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiSumqayıtda ilk Mədəniyyət festivalı keçirilib
Sumqayıtda ilk Mədəniyyət festivalı keçirilib - Sputnik Azərbaycan
1/5
Sumqayıtda ilk Mədəniyyət festivalı keçirilib
© © Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətiSumqayıtda ilk Mədəniyyət festivalı keçirilib
Sumqayıtda ilk Mədəniyyət festivalı keçirilib - Sputnik Azərbaycan
2/5

3/5

4/5

5/5

Festival Kimyaçı Mədəniyyət Sarayının tamaşa zalında bayram konserti ilə davam edib. Sumqayıt musiqi məktəblərinin müəllimlərindən ibarət xalq çalğı alətləri orkestrinin müşayiəti ilə çıxış edən xor kollektivi və solistlərin ifaları, monitorda Sumqayıtın gözoxşayan videogörüntüləri ilə tamamlanıb.

Sonda şəhərin 70 illik yubileyi ilə bağlı keçirilən müsabiqənin Sumqayıta həsr olunmuş "Ən yaxşı şeir" və "Ən yaxşı mahnı" nominasiyaları üzrə qalibləri mükafatlandırılıblar.

Xəbər lenti
0