Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistləri 13 yaşlı mahnının klipini gün üzünə çıxardılar

© Sputnik / Murad OrujovФилипп Киркоров и Айгюн Кязымова на красной дорожке фестиваля "Жара", день второй
Филипп Киркоров и Айгюн Кязымова на красной дорожке фестиваля Жара, день второй - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan və Rusiyanın xalq artistləri Aygün Kazımova və Filipp Kirkorov köhnə mahnıya yeni nəfəs veriblər

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova və rus estradasının kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorovun "Calma" duet kompozisiyasının klipinin təqdimatı olub.

Aygün Kazımovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, klipin rejissoru əsasən Xalq artisti Alla Puqaçova ilə əməkdaşlıq edən məşhur rusiyalı stilist, müğənni və klipmeyker Alişerdir.

Çarxın çəkilişləri Bakıda, Xəzər dənizinin sahilində yerləşən "Sea Breeze" turizm kompleksində aparılıb. Klipdə Azərbaycanın Xalq artisti Emin Ağalarov da çəkilib.

Xatırladaq ki, Aygün Kazımova və Filipp Kirkorov ilk dəfə "Calma" mahnısını duetdə 13 il əvvəl, azərbaycanlı divanın 35 yaşının tamam olması münasibətilə Kremldə verdiyi konsert zamanı oxuyublar.

Mahnının yeni versiyası "Jara-2019" beynəlxalq musiqi festivalında səslənib.

Bu kompozisiya Kirkorovun 30-31 oktyabr tarixlərində Bakı Konqress Mərkəzində verəcəyi konsert zamanı da səslənəcək.

Айгюн Кязымова - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Aygün Kazımova özünün oyuncaq kişisini göstərdi

Aygün Kazımova Azərbaycanın pop müğənnilərindən biridir. Onun karyerası 1988-ci ildə keçirilən "Bakı payızı-88" musiqi festivalından başlayıb. 1989-cu ildə Yurmalada keçirilmiş beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışda laureat olub. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə "Qrand" mükafatına layiq görülüb. Onun nəinki Azərbaycanda, bir sıra xarici ölkələrdə də çoxsaylı konsertləri olub.

Filipp Kirkorov estrada müğənnisi, aktyor, bəstəkar, prodüser, Rusiya, Ukrayna və Moldovanın Xalq artistidir. Rusiyada ən populyar ifaçı, "Zolotoy Qrammofon", "Stopudovıy xit", "Serebryanaya kaloşa" mükafatlarının dəfələrlə mükafatçısı, "Ovasiya" mükafatının səkkizqat, "World Music Awards" mükafatının beşqat qalibi, "İlin mahnısı" illik festivalının laureatıdır.

Xəbər lenti
0