Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur müğənni kitab buraxdı, 110 min dollara satdı

© © Dave Kotinsky/Getty Images for Diamond Ball/AFPMüğənni Rihanna, arxiv şəkli
Müğənni Rihanna, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
504 səhifəlik kitabda sənətçinin həyatını əks etdirən min foto yer alıb. Avtobioqrafik kitab dünyada satışa 10 oktyabrda çıxacaq

BAKI, 9 oktyabr — Sputnik. Məşhur müğənni Rihanna musiqi, film və dəbdən sonra kitab dünyasına da əl atıb.

Sputnik Azərbaycan xəbər verir ki, 31 yaşlı barbadoslu müğənni "The Rihanna book" adlı kitabını ABŞ-da satışa çıxarıb.

504 səhifəlik kitabda sənətçinin həyatını əks etdirən min foto yer alıb. Avtobioqrafik kitab bütün dünyada satışa 10 oktyabrda çıxacaq. Satış qiyməti isə 175 dollardır.

Kitab həmçinin, "Rihanna: Fenty x Phaeton", Rihanna tərəfindən imzalanan "Rihanna: Luxury Supreme" və "Rihanna: Ultra Luxury Supreme" adlı üç məhdud saylı versiyası ilə satışa çıxır.

Qeyd edək ki, kitabın sadəcə 10 ədəd istehsal edilən "Rihanna: Ultra Luxury Supreme" versiyasını müğənni Kardi Bi 110 min dollara satın alıb.

Xəbər lenti
0