21:56 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Müğənni Rihanna, arxiv şəkli

Məşhur müğənni kitab buraxdı, 110 min dollara satdı

© Dave Kotinsky/Getty Images for Diamond Ball/AFP
MƏDƏNİYYƏT
Qısa URL
21 0 0

504 səhifəlik kitabda sənətçinin həyatını əks etdirən min foto yer alıb. Avtobioqrafik kitab dünyada satışa 10 oktyabrda çıxacaq

BAKI, 9 oktyabr — Sputnik. Məşhur müğənni Rihanna musiqi, film və dəbdən sonra kitab dünyasına da əl atıb.

Sputnik Azərbaycan xəbər verir ki, 31 yaşlı barbadoslu müğənni "The Rihanna book" adlı kitabını ABŞ-da satışa çıxarıb.

504 səhifəlik kitabda sənətçinin həyatını əks etdirən min foto yer alıb. Avtobioqrafik kitab bütün dünyada satışa 10 oktyabrda çıxacaq. Satış qiyməti isə 175 dollardır.

Kitab həmçinin, "Rihanna: Fenty x Phaeton", Rihanna tərəfindən imzalanan "Rihanna: Luxury Supreme" və "Rihanna: Ultra Luxury Supreme" adlı üç məhdud saylı versiyası ilə satışa çıxır.

Qeyd edək ki, kitabın sadəcə 10 ədəd istehsal edilən "Rihanna: Ultra Luxury Supreme" versiyasını müğənni Kardi Bi 110 min dollara satın alıb.

Əsas mövzular