Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Brilliant Dadaşova pulun insan həyatındakı vacib rolundan bəhs edib

© Sputnik / Murad OrujovНародная артистка Бриллиант Дадашева
Народная артистка Бриллиант Дадашева - Sputnik Azərbaycan
Abunə olmaq
Məşhur Azərbaycan müğənnisi Brilliant Dadaşova yeni klipinin çəkilişini tamamilə türkiyəli peşəkarlara həvalə edib

BAKI, 4 oktyabr — Sputnik. Azərbaycanın Xalq artisti Brilliant Dadaşova yeni "Para para" mahnısının klipini ictimaiyyətə təqdim edib. Dadaşovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, mahnının sözlərini özü yazıb, musiqisini isə Fərid Kərimli.

Bu dəfə müğənni klipinin çəkilişlərini tamamilə türk peşəkarlara həvalə edib. Klipin rejissoru Erkan Nas, montajçısı isə Fırat Özbaylardır.

Sözügedən çarx Türkiyənin "YouTube"dakı nəhəng musiqi meydançası sayılan, 14 milyondan çox izləyicisi olan "Netd" kanalında yayımlanıb.

Brilliant Dadaşova musiqi karyerasına 1985-ci ildə, bəstəkar Eldar Mansurovun bəstələdiyi mahnı ilə başlayıb. 1985-ci ildə Brilliant Dadaşova Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə gəlib. 1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıblar və bu mahnı Azərbaycanda çox məşhurlaşıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə layiq görülüb. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. 

Behbud Kərimov, arxiv şəkli - Sputnik Azərbaycan
Tanınmış azərbaycanlı müğənni vəfat etdi
Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada solo konsert ilə çıxış edən ilk Azərbaycan müğənnisi Brilliant Dadaşova olub. O, Rusiyanın ən iri iki şəhərində - Moskvada və Sankt-Peterburqda çıxış edib.

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adlı musiqi albomu çıxıb. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə uğur qazanıb. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilib və kanalın qızıl onluğunda uzun müddət ön cərgələrdə qalıb. Həmin ildə müğənninin "Züleyxa", 1998-ci ildə isə "Dərdimdən öləcəksən" adlı diski çıxıb.

1997-ci ildə Brilliant Dadaşovaya Azərbaycanın Əməkdar, 2008-ci ildə isə isə Xalq artisti fəxri adı verilib.

Xəbər lenti
0