18:32 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
19 0 0

"Bir-birimizin konsertinə getmiriksə, dəstək olmuruqsa, hansı mədəniyyətdən, birlikdən, cəmiyyətdən, töhfədən danışırıq?"

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayeva bəzi müğənniləri ciddi tənqid edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni Tünzalə Ağayeva "X maqazin" verilişinə müsahibəsində həmkarlarının konsertlərə gəlməməsini də qınayıb.

"Mədəniyyəti bir insan yaşatmır, dəyərli sənətkarlar yaşadır. Bir-birimizin konsertinə getmiriksə, dəstək olmuruqsa, hansı mədəniyyətdən, birlikdən, cəmiyyətdən, töhfədən danışırıq?" - deyə T. Ağayeva qeyd edib.

O, pul ödəyib efirə çıxan ifaçılar haqqında isə bunları söyləyib: "Hər şey pulla ölçülmür. Özfəaliyyətdə yaşayan, danışığından, özündən xəbəri olmayan insan cibində pulla efirə gəlir, kefim nə istəyir edirəm deyir. Azadlıq anarxiya demək deyil".

Qeyd edək ki, müğənni Tünzalə Ağayeva 2001-ci ildə "Bakı payızı" yarışının qalibi olub. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar artist" fəxri adına layiq görülüb. T.Ağayeva Avroviziya beynəlxalq musiqi müsabiqəsində Azərbaycanın daimi münsiflərindən biridir.

Əsas mövzular