Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Ulduzlar uşaqların "Qış" festivalına hazırdır

© Sputnik / Kemale AliyevaСостоялась пресс-конференция международного музыкального фестиваля "Зима"
Состоялась пресс-конференция международного музыкального фестиваля Зима  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın məşhur estrada ulduzları "Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalında gənc həmkarlarını dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. "Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalında xalq artisti Aygün Kazımova, əməkdar artist Sevda Ələkbərzadə və müğənni İlqar Xəyal kimi ulduzlar səhnəyə çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə layihənin icraçı prodüseri Leyla Zeynalova ən səs-küylü uşaq festivalının ikinci mövsümünə hazırlığa həsr olunmuş mətbuat konfransında bildirib.

Tədbirdə musiqi prodüseri Rüstəm Rzayev, vokal pedaqoqu Rimma Şapovalova, xoreoqraf Emin Hüseynov, həmçinin Aygün Kazımova, İlqar Xəyal və festival iştirakçılar iştirak ediblər. Festivalı Beat Group şirkəti təşkil edib, ona Azərbaycanın Mədəniyyət Nazirliyi və İctimai Televiziya və Radiosu dəstək verir.

© Sputnik / Kemale AliyevaСостоялась пресс-конференция международного музыкального фестиваля "Зима"
 Qış Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı - Sputnik Azərbaycan
1/3
"Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı
© Sputnik / Kemale AliyevaСостоялась пресс-конференция международного музыкального фестиваля "Зима"
 Qış Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı - Sputnik Azərbaycan
2/3
"Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı
© Sputnik / Kemale AliyevaСостоялась пресс-конференция международного музыкального фестиваля "Зима"
 Qış Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı - Sputnik Azərbaycan
3/3
"Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı
1/3
"Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı
2/3
"Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı
3/3
"Qış" Üçüncü Beynəlxalq Uşaq Festivalının mətbuat konfransı

Zeynalovanın sözlərinə görə, "Qış" ildən-ilə daha parlaq, maraqlı və irimiqyaslı keçir. Onun iştirakçıları artıq müxtəlif nüfuzlu beynəlxalq müsabiqələrdə özləri haqqında yüksək səslə danışırlar. O, misal olaraq qeyd edib ki, Rüstəm Kərimov "Sanremo Junior 2017" musiqili uşaq və yeniyetmə yaradıcılığı festivalının xüsusi mükafatına layiq görülüb, Aleksandr Zazaraşvili isə Ukraynanın populyar televiziya şousu olan "Qolos deti"nin qalibi olub.

"Bu il 110 uşaq festivalda iştirak üçün ərizə verib. Təşkilat Komitəsi onların arasından ən yaxşı 19 nəfəri seçib. Lakin bu, iştirakçıların tam siyahısı deyil. Onlara yaxın və uzaq xaricdən istedadlı uşaqlar qoşulacaq. Gənc müsabiqə iştirakçılarının adları yaxın vaxtlarda məlum olacaq. Şounun aparıcıları Leyla Quliyeva və əvvəlki festivallardan publikaya yaxşı tanış olan balaca Rüfət Məmmədov olacaq" - deyə Zeynalova bildirib.

Представительница Азербайджана на детском международном конкурсе Евровидение -2018 Фидан Гусейнова - Sputnik Azərbaycan
Gənc azərbaycanlı müğənni Moskvada moda bomondunu valeh edib

İcraçı prodüserin sözlərinə görə, layihənin bu mövsümü əvvəlkilərdən onunla fərqlənəcək ki, burada Azərbaycanın məşhur ulduzları iştirak edəcək. Onlar dekabrın 14-də Heydər Əliyev sarayında keçiriləcək qala-konsertdə gənc iştirakçılarla birgə duet ifa edəcəklər.

Bu müsabiqə Aygün Kazımovanın həyatında vacib rol oynayır. Çünki o, məhz "Bakı payızı" müsabiqəsində iştirak edəndən sonra vətənində şöhrət qazanıb. Məhz buna görə, müğənni məmnuniyyətlə "Qış" layihəsinin bir parçası olmağa razılıq verib.

"Hər bir ifaçı müsabiqələrdə iştirak etməlidir, bu, onların yaradıcılığı üçün çox vacibdir. Mən indi də 1988-ci ilə iştirak etdiyim "Bakı payızı" layihəsini xatırlayıram. Hər bir məşq zamanı Vaqif Gərayzadənin verdiyi tövsiyələri xatırlayıram. Biz aylarla bu müsabiqəyə hazırlaşırdıq. Mən onda bilirdim ki, ulduz olacam, amma bu səviyyədə ulduz olacağımı ağlıma gətirmirdim", - deyə Kazımova etiraf edib.

Müğənni qeyd edib ki, uşaqlarla işləmək çətindir, amma eyni zamanda maraqlıdır. Kazımova bunu vokalla məşğul olan öz qızı İlqarədən bilir. Xalq artisti "Qış"dan olan gənc həmkarlarına nəsə verməyə çalışacaq: "Amma hər şey uşaqların özündən asılıdır".

İlqar Xəyal da "Bakı payızı" müsabiqəsinin iştirakçılarından olub. Qeyd edib ki, o günlər onun üçün unudulmazdır. Müğənni uşaqlara məsləhət görüb ki, hər şeydən qabaq məktəbdəki dərslərini hazırlasınlar. İmkan vermək olmaz ki, onların bu layihədə iştirakı onların dərs məşğələlərinə mane olsun.

Певец Эльман Зейналов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı müğənni nirvana mərhələsinə çatıb - Video

"Mən orta məktəbdə oxuyanda bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm, qastrollara getmişəm. SSRİ vaxtı bizi tez-tez xaricə müxtəlif müsabiqələrə göndərirdilər ki, orada ölkəni təmsil edək. İndi isə uşaqlar üçün festivallar çox azdır və ona görə də bu festival bizi sevindirir" - Xəyal əlavə edib.

Sevda Ələkbərzadə isə deyib ki, Azərbaycanda bu qədər istedadlı uşağın olması onu sevindirir. O, bütün iştirakçılara, eləcə də onları dəstəkləməyə, kömək etməyə, mümkün olan hər şeyi etməyə hazır olan həmkarlarına uğur arzulayıb.

Qeyd edək ki, "Qış" festivalı 2017-ci ildən keçirilir. Burada yaşı 16-dək olan uşaq və yeniyetmə ifaçılar iştirak edir.

Xəbər lenti
0