CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nəsibə Zeynalovanın yadigarına fəxri ad təqdim olundu

© Mədəniyyət Nazirliyinin rəsmi saytıMədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib
Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib - Sputnik Azərbaycan
Abunə olmaq
Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, "Xalq artisti" adının nişanını və vəsiqəsini ona təqdim edib

BAKI, 23 sentyabr — Sputnik. Prezident İlham Əliyevin sərəncamı ilə tanınmış aktyor və rejissor, Türkiyənin Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov "Xalq artisti" fəxri adına layiq görülüb.

Sputnik Azərbaycan xəbər verir ki, sentyabrın 23-də Mədəniyyət naziri Əbülfəs Qarayev fəxri adı Cahangir Novruzova təqdim edib. 

Gənc və istedadlı aktyor Şəmsəddin Quliyev - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Gənc aktyor: "Biletin qiymətini 2 manat edəndə dedilər varlanmaq istəyirsiz?"
Nazir bildirib ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş məşhur nəslin nümayəndəsi olan aktyor öz soyunun sənət yolunu layiqincə davam etdirir. Cahangir Novruzov teatr sənətimizin zəngin ənənələrini Adananın Çukurova Universiteti Dövlət Konservatoriyasında təbliğ edir və artıq həmin təhsil ocağında öz məktəbini formalaşdırıb.

Əbülfəs Qarayev dövlət başçısının sərəncamı ilə yüksək fəxri ada layiq görülməsi münasibətilə sənətkara təbriklərini çatdırıb, "Xalq artisti" adının nişanını və vəsiqəsini ona təqdim edib.

Yaradıcılığına verilən yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən teatr xadimi bundan sonra da mədəniyyətimizin inkişafı və təbliği istiqamətində yorulmadan çalışacağını diqqətə çatdırıb.

Xəbər lenti
0