21:07 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Bakı Uşaq Teatrında tamaşa

Uşaqlara "Sehirli Tütək" çalınacaq

© Bakı Uşaq Teatrının mətbuat xidməti
MƏDƏNİYYƏT
Qısa URL
7 0 0

Açılış mərasimi 21 sentyabr saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.

BAKI, 17 sentyabr — Sputnik. Bakı Uşaq Teatrı 21 sentyabrda yeni mövsümə start verəcək. Sputnik Azərbaycan xəbər verir ki, açılışda teatrın repertuarında yeni olan "Sehirli Tütək" tamaşası nümayiş olunacaq.

Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun senariləşdirdiyi İntiqam Soltanın quruluşunda hazırlanan tamaşada rolları Rauf Hüseynli, Mehman Piriyev, Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimlidir. Tamaşanın müddəti 1 saatdır.

Açılış mərasimi 21 sentyabr saat 12:00-da teatrın müvəqqəti yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında keçiriləcək.

Əsas mövzular