21:06 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə

Mehriban Ələkbərzadə gəncləri başına yığdı

© Facebook / Mehriban Elekberzade
MƏDƏNİYYƏT
Qısa URL
11 0 0

Tamaşada istedadlı gənclər Mir Qabil Əkbərov (Vladimir), Ümüd Abbas (Estraqon), Səid Abbas (Poçço), Pərvin Dadaşova (Lakki) rol alıb.

BAKI, 17 sentyabr — Sputnik. "Zirzəmi teatrı" üslubundakı ŞAH MAT Teatrının səhnəsində absurd teatrın yaradıcılarından olan irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Semuel Bekketin "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, səhnə əsəri 19 sentyabr saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"da nümayiş olunacaq.

İstedadlı gənclər Mir Qabil Əkbərov (Vladimir), Ümüd Abbas (Estraqon), Səid Abbas (Poçço), Pərvin Dadaşovanın (Lakki) rol aldıqları səhnə əsəri tanınmış rejissor Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda təqdim olunacaq.

Qeyd edək ki, teatr 3 ildir fəaliyyət göstərir. Bu müddət ərzində yaradıcı heyət Ejen İonsekonun "Stullar", İsi Məlikzadənin "Oğul", Olsvaldo Draqunun "İtə çevrilən adam", Cəlil Məmmədquluzadənin "Ölülər", Rəsul Yunanın "Duel", Frans Kafkanın "Çevrilmə", Camal Rəsulun "Dilənçilər" kimi maraqlı əsərləri səhnələşdirib.

Əsas mövzular