21:12 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Televizor pultu, arxiv şəkli

Televiziyaların bəzəyi olan seriallar - Kim? Harada? Necə?

© Sputnik / Murad Orujov
MƏDƏNİYYƏT
Qısa URL
747 0 0

Yeni mövsümə start verən televiziyalarımız tamaşaçılara müxtəlif səpgili seriallar təqdim edəcək. İçlərində yenilərinin də olduğu serialların əksəriyyəti həftə içi bir dəfə nümayiş olunacaq.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan televiziyaları yeni mövsümün astanasındadır.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşaçılar bu il də TV-lər arasında reytinq mücadiləsində önəmli yer tutan serialların şahidi olacaqlar.

Yerli kananallarımızda hansı ekran işləri yayımlanacağı haqda məlumat əldə etmək üçün televiziyaların mətbuat xidmətləri ilə əlaqə saxladıq.

Hələ ötən ildən formatında xeyli dəyişiklik edən "İctimai" TV iki serialla tamaşaçı qarşısına çıxmağa hazırlaşır.

Bunlardan biri Roza Zərgərlinin də rol aldığı , komediya janrında olan "Bizim restoran" serialıdır. Sözügedən serialda müğənni baş rolun ifaçısıdır.

Digər ekran işi isə dram janrında olan "Kür nəğmə" serialdır. Baş rolları Ziya Ağa, Elşən Rüstəmov, Günay Əhməd, Vüsal Hacıqədir, Fərhad Səmimi və Aygün Fətullayeva canlandırır. Hər iki ekran işi həftədə bir dəfə yayımlanması nəzərdə tutulur.

ARB TV-də start götürəcək və əməkdar artist Kəmalə Müzəffər, aktyorlar Qorqud Cəfər və Günəş Mehdinin baş rolunda olacağı "Yad gəlin" serialı həftəiçi hər gün yayımlanacaq.

"Uçurum" serialı ikinci mövsümü ilə qaldığı yerdən elə ARB TV-də davam edəcək. Ekran işində Murad İsmayıl və Ülviyyə Xəlilbəyli rol alır.

Aktrisa Çimnaz Sultanovanın rol aldığı yeni serial isə "Məhəbbətə məğlub" adlanır. Aktrisanın saytımıza verdiyi məlumata görə o bu serialda biznesmen xanım rolunu canlandıracaq.

ATV-də tamaşaçıları bu il maraqlı seriallarla sevindirməyi nəzərdə tutub. Belə ki, "Qan qohumları" həftəiçi hər gün məhz bu kanalda yayımlanacaq. Serialda Zemfira Əbdülsəmədova və Türkay Cəfərli baş rolları ifa edir.

Elməddin Cəfərov isə bu ildən "Leyli və Məcnun" komediyası ilə ötən mövsüm vidalaşdığı "Bacanaqlar"ın yerini doldurmağı düşünür. Serial həftədə bir dəfə efirə gedəcək.

"Qız atası" bu mövsüm artıq dördüncü ildir ki, yayımlanacaq. Serialda Əməkdar artist Əkbər Əlizadə, aparıcılar Mətanət Əliverdiyeva, Nərgiz Əliyeva, Xəyalə Quliyeva və başqaları rol alır.

"Xəzər" TV-nin reytinqli "Ata ocağı" serialı isə komandasını Əməkdar artist Sənubər İsgəndərli, Vidadi Həsənov, aktyor Tural Əhmədlə gücləndirilib. Serialda Qurban İsmayılov, Həmidə Ömərova, Rasim Cəfər, Ayşad Məmmədov kimi sənətçilər yer alır.

"İmtahan"da bu mövsüm Sənan Əlləz, Uzel Kərimova, Fariz İlyasovla yanaşı, Corc Qafarov, Ləman Mərih kimi gənc aktyorları da görə biləcəyik.

Bundan başqa "Xəzər" TV-də "Subaylıq sultanlıqdır", "Xalxın evi", "5 saat əvvəl", "Ay yay yay" kimi komediya serialları da yayımlanacaq.

Əsas mövzular