23:53 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8829
Gənc azərbaycanlı aktrisa Yağmur Şahbazova

Azərbaycanlı aktrisa deportasiyadan qaçmaq üçün türkə ərə gedib

© Instagram / yagmurshahbazofficial
MƏDƏNİYYƏT
Qısa URL
21310

Türkiyədə çəkilən "Yemin" serialın prodüseri azərbaycanlı aktrisa Yağmur Şahbazovanı rola dəvət edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Gənc azərbaycanlı aktrisa Yağmur Şahbazova "Yemin" türk serialında baş rollardan birinə çəkilib. O, bu filmdə ölkədən deportasiya edilməmək üçün türkə ərə gedən qəhrəmanın obrazını canlandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, aktrisa çəkilişlərdən olan şəkilləri və çarxları Instagram sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Şahbazovanın çəkildiyi bir sıra ekran işlərinə baxandan sonra serialın prodüserləri onu seriala çəkmək üçün Türkiyəyə dəvət ediblər. Aktrisanın yaratdığı film qəhrəmanı Türkiyədən deportasiya olunmamaq üçün qızı ilə birlikdə yaşayan türk biznesmenə ərə getmək məcburiyyətində qalır.

Türkiyəli tamaşaçılar Şahbazovanın oyunu ilə bağlı sosial şəbəkələrdə müsbət rəylər yazıblar. Serialda aktrisanın rol aldığı səhnələrdə tez-tez Azərbaycan mahnıları səsləndirilir.

Bu serial Türkiyənin Kanal 7 telekanalında yayımlanır və ən reytinqli ekran işlərindən biri sayılır.

Yağmur Şahbazova Yerevan Dövlət Teatrının aktrisası Esmiralda Şahbazovanın qızıdır.

Əsas mövzular