23:09 22 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
Koreyalı müğənni Qod Ci

Koreyalı qız Röya və Miri Yusifin hitini ifa edib

© Instagram / god_dyu
MƏDƏNİYYƏT
Qısa URL
225 0 0

Koreyalı müğənni Qod Ci Azərbaycanın əməkdar artostləri Röya Ayxan və Miri Yusifin "Səndən bir dənədir" hitini azərbaycanca ifa edib

BAKI, 15 sentyabr — Sputnik. Koreyalı müğənni Qod Ci Azərbaycanın əməkdar artostləri Röya Ayxan və Miri Yusifin "Səndən bir dənədir" hitini azərbaycanca ifa edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, müğənni bu mahnını özünün YouTube sosial şəbəkəsindəki səhifəsində yayıb. Müğənni bir müddət Azərbaycanda yaşayıb və təhsil alıb. O, burada Azərbaycan dilini də öyrənməyə nail olub.

Koreyaya qayıdan qız orada koreyalılar üçün Azərbaycan mahnılarını ifa etmək qərarına gəlib. Qızın Azərbaycandan olan izləyiciləri onun ifasından zövq alıblar.

Qod Cinin ifasında bu mahnını 70 mindən çox YouTube izləyicisi dinləyib.

Xatırladaq ki, bu kompozisiya 2016-cı ildə dinləyicilərə təqdim edilib. Mahnının sözlərini Miri Yusif yazıb, musiqisini isə Kamil Əhmədbəyli və Tural Əliyev bəstələyib.

Müqayisə üçün kompozisiyanın orijinal versiyasını da azərbaycanlı müğənnilərin ifasında təqdim edirik.

Qeyd edək ki, Miri Yusif və Röyanın ifasında bu mahnının rəsmən yayımlanmış versiyasını 19,5 milyon izləyici dinləyib.

Əsas mövzular