CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aygün Kazımova "Günah"ını təzələdi - VİDEO

© © Aygün Kazımovanın mətbuat xidmətiXalq artisti Aygün Kazımova
Xalq artisti Aygün Kazımova - Sputnik Azərbaycan
Abunə olmaq
Xalq artisti sözügedən mahnını illər öncə oxusa da, ona yenidən müraciət edib. Yeni aranjman isə Jay Əliyevə məxsusdur

BAKI, 14 sentyabr — Sputnik. Azərbaycanın Xalq artisti Aygün Kazımova "Günah" adlanan mahnısını təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu haqda öz "Instagram" hesabında paylaşım edib. Təqdim olunan mahnının sözləri Sevinc Şirinə, musiqisi isə Sevinc Tağıyevaya məxsusdur. Xalq artisti sözügedən mahnını illər öncə oxusa da, ona yenidən müraciət edib. Yeni aranjman isə Jay Əliyevə məxsusdur. Sosial şəbəkədə yerləşdirilən "Günah" mahnısı müğənninin fanatları tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova indiyədək 28 dəfə solo konsert verib. Mahnıları isə 7 dəfə ilin mahnısı nominasiyası üzrə qalib olub.

Xəbər lenti
0