Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatr mövsümü "Milyonçu qadın"la açacaq

© AR Ministry of Culture"Milyonçu qadın" tamaşası, arxiv şəkli
Milyonçu qadın tamaşası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət Akademik Milli Rus Dram Teatrı 99-cu teatr mövsümünü "Milyonçu qadın" tamaşası ilə açacaq

BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Dövlət Akademik Milli Rus Dram Teatrı 99-cu teatr mövsümünü açmağa hazırlaşır. Sputnik Azərbaycan-ın məlumatına görə, yubileyqabağı teatr mövsümü sentyabrın 14-də Bernar Şounun pyesi əsasında hazırlanmış "Milyonçu qadın" tamaşası ilə açılacaq.

Tamaşanın rejissoru Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir. Tamaşanın premyerası mayın 19-da olub. Premyera teatrın aktrisası, Azərbaycanın xalq artisti Natalya Şarovskayanın yubileyinə həsr olunub. Həmin tamaşada Şarovskaya baş rolu - milyonçu qadın Epitafiya Onuzanti di Parerqanı canlandırır.

© AR Ministry of Culture"Milyonçu qadın" tamaşası, arxiv şəkli
Teatr mövsümü Milyonçu qadınla açacaq - Sputnik Azərbaycan
"Milyonçu qadın" tamaşası, arxiv şəkli

Tamaşada Natayla Şarovskaya ilə yanaşı əməkdar artistlər Salman Bayramov, Fuad Osmanov, həmçinin aktyorlar Yuri Omelçenko, Marina Litvinenko, Oleq Əmirbəyov, Zaur Terequlov, Nadir Abdurəhimbəyov, Mədinə Mullayeva, Fatimə Əliyeva, Tamilla Abutalıbova, Emil Atraşkeviç, Tural Kərimov və başqaları rol alıb.

Tamaşanın bədii tərtibatçısı, əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, video mühəndisi Cavid İmamverdiyev, xoreoqrafları Azərbaycanın Əməkdar artisti Fuad Osmanov və Raulya Türkkana, döyüş səhnələrinin quruluşçu rejissoru Aleksandr Mordvinkindir. Kostyumların rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır.

Xəbər lenti
0