CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Orxan Fikrətoğlu şou proqram aparacaq

© REPORTOrxan Fikrətoğlu
Orxan Fikrətoğlu - Sputnik Azərbaycan
Abunə olmaq
Sözügedən layihə Türkiyədə "Bak hele bak", Rusiyada isə "Слава богу, ты пришел" adı ilə məşhur olub

BAKI, 11 sentyabr — Sputnik. İctimai Televiziyanın efirində yeni layihəyə start verilir. Sputnik Azərbaycan xəbər verir ki, yeni efirə çıxacaq lisenziyalı improvizasiya şousu "Haradasan bu vaxtacan" adlanır. Televiziyanın mətbuat xidmətindən verilən məlumata görə, veriliş dünyanın məşhur "Thank God You're Here" layihəsinin adaptasiya olunmuş versiyasıdır və Azərbaycanda ilk dəfə İTV-nin efirində yayımlanacaq.

© © İctimai Televiziyanın mətbuat xidmətiŞou "Haradasan bu vaxtacan"
Orxan Fikrətoğlu şou proqram aparacaq - Sputnik Azərbaycan
Şou "Haradasan bu vaxtacan"

Müxtəlif səhnələrlə zəngin verilişdə ölkənin tanınmış simaları iştirak edirlər. Belə ki, hər buraxılışda üç məşhur qonaq olur. Qonaq özünün də xəbəri olmadan hansısa hadisənin mərkəzinə düşür və ona verilən rolda vəziyyətdən çıxmağa çalışır. Bu həm də onun indiyə qədər məlum olmayan istedadlarının ölçüsünü göstərməsinə şərait yaradır.

Qeyd edək ki, bir çox populyar layihələrin müəllifi olaraq tanınan "Fremantle" şirkətinə məxsus sözügedən layihə Türkiyədə "Bak hele bak", Rusiyada isə "Слава богу, ты пришел" adı ilə məşhur olub.

Həftədə bir dəfə axşam saatlarında yayımlanacaq verilişin aparıcıları Orxan Fikrətoğlu və Turanə Hüseynlidir.

Xəbər lenti
0