03:02 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Əlvida, Şmidt! filminin posteri

Kinoteatrlara yeni film gəldi: "Əlvida, Şmidt!"

© AZƏRTAC
MƏDƏNİYYƏT
Qısa URL
254830

Ekran əsərində Azərbaycanda dünyaya gələn alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs olunur

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 3 sentyabr — Sputnik. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası nəzdində fəaliyyət göstərən "Mozalan" studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş yeni bədii film kinosevərlərin ixtiyarına veriləcək.

Sputnik Azərbaycan xəbər verir ki, "Əlvida, Şmidt!" adlanan film Azərbaycanda almanların məskunlaşmasının 200 illiyinə həsr edilib. Ekran əsərində Azərbaycanda dünyaya gələn alman Emil Şmidtin başına gələn hadisələrdən bəhs olunur.

Tragikomediya janrında çəkilən ekran əsərində hadisələr Göygöl (keçmiş Helenendorf) ərazisində cərəyan edir. Film dostluq, vətənə sevgi, multikulturalizm və turizm mövzularını özündə əks etdirir.

Sözügedən filmin ilk premyerası 2019-cu ilin aprel ayında baş tutub.

Quruluşçu rejissoru Əlisəttar Quliyev olan filmin 26 sentyabrdan kinoteatrlarda nümayişi nəzərdə tutulub.

Qeyd edək ki, ekran əsərinin senari müəllifi Rüstəm Babazadə, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımova, ikinci prodüseri Cəfər Axundzadə, prodüseri Əlisəttar Quliyevdir.

Filmdə rolları Azər Aydəmir, Əməkdar artist Rasim Cəfər, Mariam Kita, Əlixan Rəcəbov, Günel Məmmədova, Xalq artistləri Rasim Balayev, Rafiq Əliyev, Qurban İsmayılov, Şamil Süleymanlı, Əməkdar artist Zemfira Sadıqova canlandırıblar.

Əlaqədar

Oksana Rəsulova bu "Sevgi romanı"nın baş qəhrəmanıdır
Tanınmış klipmeyker: "Azərbaycan müğənniləri təfəkkür etibarı ilə kasaddırlar"
Azərbaycanlı aktyor rusiyalı rejissorun filmində əsas rolu oynayacaq
Yüz ilin dostları, güllə, pul... "Sonuncu pərdə"nin ilk tizeri yayımlandı
Teqlər:
kinoteatr, Azərbaycan, film

Əsas mövzular