Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qax Dövlət Kukla Teatrının yaradıcısı dünyadan köçdü

© Sputnik / Rahim MuradovTəcili tibbi yardım avtomobili, arxiv şəkli
Təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcü əsilli rejissor bir çox Azərbaycan ədiblərinin əsərlərini gürcü dilinə  tərcümə edib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Bu gün Qax Dövlət Kukla Teatrının baş rejissoru, respublikanın əməkdar mədəniyyət işçisi İsako Zeynalaşvili dünyasını dəyişib.

© Sputnik / Shahperi AbbasovaQax Dövlət Kukla Teatrının baş rejissoru, respublikanın əməkdar mədəniyyət işçisi İsako Zeynalaşvili, arxiv şəkli
Qax Dövlət Kukla Teatrının yaradıcısı dünyadan köçdü - Sputnik Azərbaycan
Qax Dövlət Kukla Teatrının baş rejissoru, respublikanın əməkdar mədəniyyət işçisi İsako Zeynalaşvili, arxiv şəkli

Sputnik Azərbaycan bildirir ki,  1974-cü ildə Tbilisi Teatr texnikumunu bitirmiş İsako Zeynalaşvili Qaxda Kukla Teatrının əsasını qoyub. Kukla teatrında yüzlərlə tamaşanın quruluşçu rejissoru olmuş mərhum sənətkar dəfələrlə quruluş verdiyi tamaşalarla beynəlxalq festivalların iştirakçısı və laureatı olub.

Bütün bunlarla yanaşı, gürcü əsilli rejissor bir çox Azərbaycan ədiblərinin əsərlərini gürcü dilinə  tərcümə edib. O, görkəmli dramaturq Əli Əmirlinin 1993-cü ildə qələmə aldığı məşhur “Bala bəla sözündəndir?” komediyasını “Çağırış vərəqəsi” adı ilə gürcü dilinə tərcümə edərək Qax rayonunun Əlibəyli kəndində yerləşən Azərbaycan Dövlət Gürcü Teatrında  tamaşaya qoyub. İ. Zeynalaşvili  həmin tamaşanın həm də quruluşçu rejissoru olub.

Xəbər lenti
0