Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Nazpəri yeni filmə çəkilir – VİDEO

Abunə olmaq
"Bir ömrün təntənəsi" adlanan filmdə N.Mehdixanlı Aşıq Şakir, N.Dostəliyeva isə onun həyat yoldaşı obrazını canlandıracaq

BAKI, 31 avqust — Sputnik. Xalq artistləri Nazpəri Dostəliyeva və Nurəddin Mehdixanlının yeni işbirliyi baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, müğənni və aktyor yeni ekran əsərində rol alıblar. Belə ki, onlar Şirvan aşığı Şakirin həyatından bəhs edən ekran işində tərəf müqabili olacaqlar.

"Bir ömrün təntənəsi" adlanan filmdə N.Mehdixanlı Aşıq Şakir, N.Dostəliyeva isə onun həyat yoldaşı obrazını canlandıracaq.

Посмотреть эту публикацию в Instagram

Публикация от Nazperi Dosteliyeva (@nazperidosteliyevaofficial)

Filmin quruluşcu rejissoru Ruslan Hüseynov, layihə rəhbəri Ağayar Ağayev, quruluşçu operatoru isə Fahirdir.

Qeyd edək ki, Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlib. Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarının müəllifidir. Azərbaycan SSR Ali Sovetinin deputatı olan Aşıq Şakir 1978-ci ildə vəfat edib.

Xəbər lenti
0