Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Məşhur "Beryozka" Bakıda konsert verəcək

Abunə olmaq
Tamaşaçılar "Beryozka" ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar

BAKI, 30 avqust — Sputnik. Oktyabrın 11-də Heydər Əliyev Sarayında Rusiyanın Azərbaycanda Mədəniyyət Günləri çərçivəsində Nadejda Nadejdinoy adına dünyaca məşhur, əfsanəvi "Beryozka" Dövlət Akademik Xoreoqrafiya Ansamblının konserti olacaq.

Фаиг Агаев - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Faiq Ağayev pulsuz konsert verəcək

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə "Beryozka" ansamblı tamaşaçılara fəaliyyətdə olduğu bütün illər ərzində ən unudulmaz rəqslərini təqdim edəcək. Tamaşaçılar "Beryozka" ansamblının ifasında Nadejda Nadejdinoy və Mira Koltsovanın bənzərsiz və heyranedici şedevrlərindən böyük zövq alacaqlar.

Ansamblın bədii rəhbəri SSRİ Xalq artisti Mira Koltsova, ansamblın baş dirijoru Rusiyanın Xalq artisti Leonid Smirnovdur.

Qeyd edək ki, biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN xidmət" mərkəzlərindən əldə etmək olar.

Xəbər lenti
0