Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Roza Zərgərli Əkbər Əliyevlə sevgili oldu

© Instagram / farid.ismayilzadehАзербайджанская исполнительница Роза Зяргярли и певец Акпер Алиев
Азербайджанская исполнительница Роза Зяргярли и певец Акпер Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
Tamaşaçıların ixtiyarına yenicə verilmiş mahnının sözləri Əli Qafarlıya, musiqisi isə Ruslan Səfəroğluna aiddir

BAKI, 27 avqust — Sputnik. Azərbaycanın pop müğənnisi Roza Zərgərli "Mənə öyrət" adlı yeni klipini tamaşaçılara təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, o, yeni çəkilmiş klipini "Youtube" kanalında yayımlayıb. Ekran işində ona həmkarı Əkbər Əliyev yardımçı olub. Belə ki, gənc müğənni Əkbər klipdə Rozanın sevgilisi obrazını canlandırıb.

Tamaşaçıların ixtiyarına yenicə verilmiş mahnının sözləri Əli Qafarlıya, musiqisi isə Ruslan Səfəroğluna aiddir. Klipi Emin Hüseynov ekranlaşdırıb.

Qeyd edək ki, görünüşü ilə ağılları başdan alan Roza Zərgərli müğənniliklə yanaşı, həm də televiziya aparıcısıdır. O, uzun müddət İctimai TV-də "Bakı vaxtı ilə" verilişinin aparıcısı olub.

Xəbər lenti
0