04:38 22 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsi

Sentyabrda nəyə baxaq? - Yeni teatr mövsümünə "ekskursiya"

© Photo: Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
MƏDƏNİYYƏT
Qısa URL
550 0 0

Teatr üçün sinov gedənlərin mədəniyyət yanğılarına sentyabrın 14-də "Milyonçu" azacıq su səpər. Eşqi heç vaxt sönməyənlər isə yeni tərzdə klassikanı qiymətləndirmək üçün bir qədər gözləməli olacaqlar

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Azərbaycan teatrları artıq növbəti mövsümün hazırlıqlarına start veriblər. Sputnik Azərbaycan xəbər verir ki, ölkənin aparıcı teatrlarında ilk nümayiş olunacaq tamaşalar bəlli olub.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümü sentyabrın 21-də "Qarabağnamə" tamaşası ilə açacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Yeni mövsümdə Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" pyesi əsasında hazırlanan tamaşanın premyerası keçiriləcək. Bundan başqa, ölkə başçısının imzaladığı Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama əsasən, təntənəli yubiley tədbiri təşkil olunacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu mövsümünü sentyabrın 20-də açacaq. Həmin gün gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – "O olmasın, bu olsun" ikihissəli musiqili komediyası nümayiş olunacaq. Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır. Mədəniyyət Nazirliyinin "Zirvə" mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

Afaq Abbasova: "Çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı">>

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi festivalı çərçivəsində "Koroğlu" operası ilə tamaşaçıların görüşünə gələcək. Teatr məhz bu opera ilə mövsümə start verəcək. Qeyd edək ki, festival 30 sentyabra qədər davam edəcək.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı yeni mövsümdə Aleksandr Şarovskinin quruluşunda olan "Milyonçu" tamaşasını nümayiş etdirəcək. Səhnə əsəri sentyabrın 14-nə nəzərdə tutulub. Tamaşada xalq artisti Natalya Şarovskaya, əməkdar artistlər Salman Bayramov və Fuad Osmanov, həmçinin aktyorlar Oleq Əmirbəyov, Marina Litvinenko, Zaur Terequlov və başqaları rol alıblar.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı mövsümü "Cırtdan" tamaşası ilə açacaq. Teatr öz pərdələrini sentyabrın 15-i açmaq niyyətindədir. Mətbuat xidmətindən verilən açıqlamaya görə, yeni mövsümdə Dədə Qorqud boylarından ibarət "Adını doğruldan oğlan" tamaşası səhnələşdiriləcək. Teatrın baş rejissoru Qurban Məsimovun quruluşunda rus nağılları əsasında "Qızıl xoruzun nağılı" tamaşasının da hazırlanması nəzərdə tutulur.

Əlaqədar

Lənkəran teatrı Tehranda faciə göstərdi - FOTO
Daha bir teatr istirahətə yollanır
“Azdrama” teatr mövsümünə necə yekun vurur

Əsas mövzular