13:45 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Təcili tibbi yardım avtomobili, arxiv şəkli

Xəstəxanaya yerləşdirilən aktyorumuz vəfat etdi

© Sputnik / Rahim Zakiroghlu
MƏDƏNİYYƏT
Qısa URL
608 0 0

Həkimlərin səyinə baxmayaraq aktyor Məhərrəm Qurbanovu xilas etmək mümkün olmayıb

BAKI, 21 avqust — Sputnik. Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov ötən gün səhhətində yaranmış ciddi problemlə əlaqədar Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi. Sputnik Azərbaycan xəbər verir ki, beyin insultu keçirən aktyor bu gün dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq aktyoru xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Məhərrəm Qurbanov 24 iyul 1959-cu ildə Gəncə şəhərində anadan olub. 1988-ci ildən Gəncə Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1996-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında fəaliyyət göstərir. Teatrda işlədiyi müddət ərzində S.Ələsgərov "Subaylarınızdan görəsiniz"də Əbülhəsən, E.Sabitoğlunun "Nəğməli Könül"ündə İnzibatçı, E.Sabitoğlunun "92 dəqiqə gülüş"ündə mağaza müdiri, O.Rəcəbovun "Əlin cibində olsun"da oğlan, R.Mustafayev "Məsmə xala dayımdır"da Cəfərqulu, E.Sabitoğlu "Bankir adaxlı"da cangüdən, S.Fərəcovun "Bir günlük siğə"də Parnok, O.Rəcəbovun "Şeytanın yubileyi"ndə Səlim kimi obrazlar yaradıb. Son zamanlar Məhərrəm Qurbanov "Xəzər" TV-də yayımlanan "Niyə?" serialında Avro Kamandar rolu ilə tanınıb.

Əsas mövzular