17:03 10 Aprel 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
MƏDƏNİYYƏT
Qısa URL
120 0 0

"Sən o insanlardan birisən və məhz bu özəlliklərinə görə mən səni çox istəyirəm"

BAKI, 3 avqust — Sputnik. Gənc azərbaycanlı aktrisa Pərvin Abıyeva rəfiqəsi, model Səmra Hüseynovanı təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, aktrisa səmimi sözlərlə dolu təbrik yazısını öz "Instagram" hesabında paylaşıb:

"Hər bir insanı hansısa bir özəlliyinə və keyfiyyətinə görə dəyərləndirib sevirsən. Ya ad-sanına, ya imkanına, puluna görə, ya da ki, insani keyfiyyətlərinə görə. Saydığım ilk iki amil səndə ən böyük olmasa da, ən böyük insani kefiyyətlərinə görə mən səni sevib-seçmişəm həyatımda. Sənin qəlbinin saflığı, gözəlliyi, təmizliyi mənim üçün bütün keyfiyyətlərdən üstündür. Kinsiz və paxıllığı olmayan insan mənim ürəyimdə və həyatımda xüsusi yer qazanar hər zaman. Sən o insanlardan birisən və məhz bu özəlliklərinə görə mən səni çox istəyirəm. Yaxşı ki, doğuldun, yaxşı ki, varsan, mənim saf, təmizürəkli rəfiqəm. Hər zaman var ol, heç zaman dəyişmə, sən belə çox gözəlsən. Ürəyinin gözəlliyi üzünə məhz buna görə yansıyır".

Посмотреть эту публикацию в Instagram

Публикация от Pərvinabiyeva (@pervinabiyeva)

Qeyd edək ki, model Səmra Hüseynova "Miss Azərbaycan-2019"un qalibi olub.

Əlaqədar

Pərvin Abıyeva ərə gedir?
Pərvin Abıyevadan təhqirə "adekvat" cavab
Teqlər:
Instagram, model, doğum günü, aktrisa

Əsas mövzular